Sahibə Qafarova MDB-nin iclasında erməni spikeri SUSDURDU

Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova MDB Parlamentlərarası Assambleyası Şurasının Almatıda keçirilən iclasında Ermənistan Milli Assambleyasının sədri Alen Simonyanın Qarabağdakı vəziyyətlə bağlı iddialarına tutarlı cavab verib.
Globall.az xəbər verir ki, Azərbaycanın spikeri Simonyanın səsləndirdiyi fikirlərin həqiqəyə uyğun olmadığını söyləyib.
“Azərbaycanın guya atəşkəs rejimini pozması ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil. Azərbaycanın suveren ərazisinə daxil olmuş qanunsuz erməni silahlı birləşmələrinin üzvləri Azərbaycan ordusunun bölmələrinə qarşı növbəti təxribat törətməyə cəhd göstəriblər. Silahlı qüvvələrimizin tədbirləri nəticəsində onlar geri çəkilməyə məcbur olublar. Azərbaycan 10 yanvar 2020-ci il tarixli üçtərəfli bəyanata sadiqdir və onun müddəalarını pozmayıb. Bəyanatın müddəalarını pozan Azərbaycan deyil, Ermənistandır”, - spiker vurğulayıb.
S.Qafarova, həmçinin erməni ordusunun qalıqlarının və qanunsuz erməni silahlı birləşmələrinin Azərbaycan ərazisindən tamamilə çıxarılmasını tələb edib. O, qeyd edib ki, Azərbaycan üçtərəfli bəyanata uyğun olaraq bütün hərbi əsirləri Ermənistana təhvil verib.
“10 yanvar 2020-ci il tarixli bəyanatı imzaladıqdan sonra Azərbaycan ərazisinə daxil olan Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçuları Cenevrə Konvensiyasına uyğun olaraq hərbi əsir kimi tanınmır və cinayət məsuliyyətinə cəlb olunurlar”,- deyə parlament sədri vurğulayıb.
Oxunub: 686
Xəbəri paylaş
Paylaş: