3 saatlıq İstanbul danışıqlarının DETALLARI

Ukraynanın Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak İstanbulda Rusiya ilə aparılan danışıqların ilk detallarını açıqlayıb.
Podolyak hazırda bir sıra mühüm məsələlər üzrə məsləhətləşmələr aparıldığını deyib.
“Hazırda bir neçə mühüm məsələ üzrə məsləhətləşmələr aparılır. Əsas məsələ Ukrayna üçün beynəlxalq təhlükəsizlik təminatlarına dair razılaşmadır, məhz onunla biz müharibəyə son qoya bilərik. İkinci məsələ, heç də az əhəmiyyətli deyil, bütün humanitar problemlərin həlli üçün atəşkəsdir”, - bildirib.
Ukrayna rəsmisi əlavə edib ki, hazırda ən böyük problem müharibənin daha da qızışmasıdır: “Mən ayrıca qeyd etmək istəyirəm ki, bu gün başlıca problem müharibənin getdikcə böyüməsidir, əsirlərə qarşı münasibətdir. Əsirlərin çəkilən videolarından görünür ki, bu, Cenevrə Konvensiyasının pozulmasıdır. Belə halların təkrarlanmaması üçün birgə səylərin aparılması müzakirə olunub”.
Qeyd edək ki, bu gün Rusiya və Ukrayna nümayəndə heyətləri Türkiyədə görüş keçiriblər. Danışıqlar 3 saat davam edib. (modern.az)
Oxunub: 271
Xəbəri paylaş
Paylaş: