Delyaqin Azərbaycan xalqından
ÜZR İSTƏDİ
Rusiya Dumasının deputatı Mixail Delyaqin Azərbaycan xalqından üzr istəyib.
Globall.az xəbər verir ki, yerli telekanallardan birinin efirində çıxışı zamanı "Azərbaycanın neft sənayesini məhv etməli və nüvə zərbəsi endirməliyik" deyən deputat bu sözlərinə görə peşman olub.
Delyaqin Azərbaycanla bağlı fikirlərinin yanlış olduğu etiraf edərək, səhvinə görə üzr istədiyini bildirib.
Qeyd edək ki, Rusiya Dövlət Dumasının deputatı Mixail Delyaqin Bakının neft mədənlərinə bomba zərbəsi endirməyi təklif edib. Mixail Delyaqin iddia edir ki, Azərbaycan Rusiya üçün böyük təhlükədir və Bakının cəzalandırılması lazımdır.
Oxunub: 455
Xəbəri paylaş
Paylaş: