Dövlət xidməti bərpa və yenidənqurma işləri aparılan abidələrin adlarını açıqladı
Bu il bir sıra tarixi-mədəniyyət abidələrində təmir-bərpa işləri həyata keçirilir.
Bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib.
Qeyd edilib ki, Azərbaycanın zəngin mədəni irsinin qorunması, bərpa və konservasiyası bu il də davam etdirilir.Ad - 00:25“Hazırda Ağstafa rayonunda “Sınıqkörpü”, Şabran rayonunda “Çıraqqala”, Qazax rayonunda müəllimlər seminariyası və onun yaxınılığında yerləşən ”İsrafil ağa hamamı” tarixi-mədəniyyət abidələrində təmir-bərpa işləri həyata keçirilir”, - deyə əlavə edilib. (trend)
Oxunub: 293
Xəbəri paylaş
Paylaş: