Ərzaq bazarında daha ciddi QITLIQ OLACAQ
Modern.az xəbər verir ki, bu sözləri iqtisadçı deputat Vüqar Bayramov deyib.
Deputatın sözlərinə görə, Azərbaycanda ərzaq qıtlığı müşahidə edilməsə belə, əsas ərzaq məhsulları üzrə idxaldan asılılığın tam və ya əsasən aradan qaldırılması priortitetləşib:
"Digər tərəfdən, 2025-ci ilədək dünya bazarında ərzağa tələbin artmaqda davam edəcəyi gözlənilir. Hətta 3 il sonra qlobal bazarda daha ciddi qıtlığın olacağı istisna deyil. Bu baxımdan, xüsusən strateji ərzaq məhsullarının yerli istehsalının genişləndirilməsi və xüsusən işğaldan azad olunan ərazilərimizin potensialından daha qısa zamanda istifadəyə başlanılması çox önəmlidir. Bütövlükdə, dünya sadəcə qiymət artımları ilə deyil, həmçinin ərzaq qıtlığı ilə də üz-üzədir. Hər bir ölkə bu mərhələdən daha az itki ilə çıxmağa çalışacaq".