Məşhur astroloqdan Rusiya PROQNOZU: aprelin 23-dək...
“Astropsixoloq” təxəllüslü astroloq Yelena Ukraynanın Buğa bürcünə girdiyi 2022-ci il aprelin 22-23-də rus qoşunlarının geri çəkilməyə başlayacağını bildirib.
Globall.az publika.az-a istinadən xəbər verir ki, onun sözlərinə görə, hər şey başladığı kimi də birdən-birə sona çatacaq.
“Ukraynaya bütün dünyadan böyük yardım gələcək. Ukraynanın əlaməti Buğa bürcüdür və biz Veneranın himayəsindəyik. Rusiya məğlub olacaq və geri çəkiləcək. Bu, 22-23 aprel tarixlərində olacaq, yəni Ukrayna Buğa bürcünə daxil olanda”, - astroloq bildirib.
O əlavə edib ki, Ukrayna işğal olunmuş əraziləri - Krımı, Donbası və Luqanskı azad edə biləcək: “Lakin bu, çətin dövr olacaq, çünki çoxlu itkilərin qarşısını almaq mümkün deyil. Donetsk, Luqansk və Krım Ukraynaya qayıdacaq. Bu, böyük itkilər və danışıqlar hesabına olacaq”.