Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
“DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
YENİ İCRA BAŞÇILARI PREZİDENTİN QƏBULUNDA -  Tapşırıqlar VERİLDİ /FOTOLAR
Zakir Qaralova məxsus 20-DƏN ÇOX ŞİRKƏTİN KÜLLİ MİQDARDA VERGİ BORCU YARANIB
Press-fakt.az
    
  • Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - 
    Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
  • 
  • Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
    Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
  • 
  • Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
    Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
  • 
  • Sənədsiz evlər problemi yenə gündəmdə -
    Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
  • 
  • Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
    Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
  • 
  • Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
    Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
  • 
  • Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
    Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
  • 
  • İsrailin müdafiə naziri Kats:
    İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
  • 
  • Orbandan sensasion iddia:
    Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
  • 
  • Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
    Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
  • 
  • "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -
    "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
  • 
  • "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
    Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
  • 
  • Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
    Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
  • 
  • Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb -
    Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
  • 
  • Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
    Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
  • 
  • Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ -
    Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
  • 
  • "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"-
    "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
  • 
  • Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub -
    Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
  • 
  • Rusiya hipersəs raketləri ilə zərbə endirdi
    Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
  • 
  • Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
    Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
  • 
  • Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır -
    Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • "Düşmənin duran, uçan. qaçan hər şeyi məhv edilib və edilir"- Qalanları qənimət götürülüb - İlham Əliyev
  • Prezident ermənilərin məhv edilmiş, qənimət götürülmüş hərbi texnikasının sayını açıqladı
  • “Bayraktar”lar 44 gün ərzində 3 min saat uçub, 900-ə yaxın hədəfi vurub - "TRT Haber" telekanalı
  • Qarabağda “qatil”, Ukraynada “ümid silahı”?
  • "Rusiya silahları "Bayraktar"a qarşı acizdir"- ABŞ mediası
  • Azərbaycanın dünya hərb sahəsinə gətirdiyi PUA gerçəkliyi - ARAŞDIRMA

    • Tarix: 30-03-2022, 17:45


    İstər İkinci Qarabağ müharibəsi dövründə, istərsə də ondan sonrakı dönəmdə dünyanın bir çox ölkəsi hərbi strategiyasını yenidən nəzərdən keçirməyə başladı. Buna səbəb Azərbaycan Ordusunun müharibədə ilk dəfə geniş miqyasda süni intellektdən – pilotsuz uçuş aparatlarından, idarəolunan raketlərdən istifadə etməsi olub.

    Globall.az-ın“Report”a istinadən məlumatına görə, Azərbaycanın istifadə etdiyi Türkiyə istehsalı “Bayraktar TB2” zərbə PUA-sı, İsrail istehsalı “Harop” kamikadze dronu, habelə “Spayk” tankəleyhinə daşınabilən raket kompleksi döyüşlərdə ağır texnikanın, xüsusilə manevr qabiliyyəti mürəkkəb olan tankların effektivliyini sual altında qoyub. Belə ki, Azərbaycan Ordusundakı süni intellektli silahların vasitəsilə Ermənistan tanklarının mütləq əksəriyyəti məhv edilmiş və ya sıradan çıxarılmışdı. Azərbaycan Prezidenti İlham Əliyev İkinci Qarabağ müharibəsində 366 tankın məhv edildiyini və ya qənimət kimi götürüldüyünü bildirərək burada “Bayraktar”ın rolunu da vurğulayıb: “Bayraktar ТВ2” PUA-ları düşməni vahiməyə salırdı, bu səbəbdən qənimət kimi götürdüyümüz tankların bir qismi qeyri-döyüş şəraitində əldə olunub. Erməni ekipajları “Bayraktar ТВ2” PUA-larından elə qorxurdular ki, hansısa mövqeyə çıxdıqdan sonra tanklarını tərk edib qaçırdılar”. Bundan başqa, “Bayraktar” PUA-sının effektivliyini Azərbaycan və Türkiyəyə qarşı birmənalı münasibət bəsləməyən “Le Monde” qəzeti də etiraf edib: “2016-cı ildən etibarən imkanı məhdud olan bəzi dövlətlər və silahlı qüvvələr tərəfindən PUA-ların sadə növləri istifadə edilir. Bu silah növündən istifadə əsnasında bəlli olub ki, PUA-ların qrup şəklində istifadəsi vasitəsilə hərbi əməliyyatlarda bir sıra digər hərbi texnikanın yoxluğu təmin edilə bilər. Bunu ilk aşkar edən və dərk edən məhz Türkiyə hərbi qərargahı olub”. Nəşrin məqaləsində həmçinin İkinci Qarabağ müharibəsində Azərbaycan hərbçilərinin yüksək peşəkarlıq nümayiş etdirməsi, PUA-ların Qarabağda mükəmməl tətbiqindən də söhbət açılıb. Bildirilib ki, Vətən müharibəsində Türkiyə istehsalı olan zərbə dronları (“Bayraktar TB2”), İsrail istehsalı olan kamikadze dronlar (“HAROP”) çoxunun təəccübünə səbəb olub. Yazıda digər münaqişələrdən fərqli olaraq Dağlıq Qarabağda PUA-ların “yer-yer" sinfinə aid olan artilleriya və raket sistemləri ilə koordinasiya şəklində tətbiq edilməsi də qeyd edilib.



    Maraqlıdır ki, Rusiya Silahlı Qüvvələri geniş miqyasda ilk dəfə Vətən müharibəsində istifadə olunan “Bayraktar”la hələ daha öncədən – 2018-ci ildən Türkiyənin Suriyadakı tətbiqindən tanışdır. Xüsusilə 2020-ci ildə Türkiyə Silahlı Qüvvələrinin Rusiyanın dəstəyi ilə azğınlaşmış Bəşşar Əsəd rejiminə qarşı cəza tədbirləri çərçivəsində, Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatına görə, cəmi bir gecədə Türkiyə Ordusu rejim qüvvələrinə xeyli ziyan vurub: 23 tank, 23 artilleriya sistemi, 5 helikopter məhv edilib, 2 “Pantsir-S1” zərərsizləşdirilib, 309 hərbçi öldürülüb. Əsasən “Bayraktar” və “ANKA-S” PUA-larından, həmçinin pilotsuz uçuş aparatları ilə hədəfi nişan alan artilleriyadan istifadə edilib. Bundan başqa, Türkiyənin “Koral” radioelektron mübarizə vasitəsi öncə Suriyanın hava hücumundan müdafiə radarlarını təsbit edərək onları sıradan çıxarıb, daha sonra həmin hava hücumundan müdafiə vasitələri Türkiyənin zərbə PUA-ları ilə məhv edilib. Qeyd edək ki, məhv edilən Suriya texnikasının mütləq əksəriyyəti sovet və ya Rusiya istehsalı olub. Bu məqamda Rusiyanın çağdaş texnologiyası olaraq təqdim edilən, “Bayraktar”ın qənimi olaraq irəli sürülən “Pantsir”in də Türkiyə PUA-sı tərəfindən məhv edilməsini xüsusilə vurğulamaq gərəkdir.



    Suriyadakı qızğın döyüşlərdə milyonlarla vəsaitə başa gələn Rusiya texnikasının, xüsusilə tank və hava hücumundan müdafiə sistemlərinin onlardan ölçü baxımından qat-qat kiçik, lakin süni intellekt baxımından böyük PUA-lar tərəfindən zərərsizləşdirilməsi Rusiya texnikasına qarşı etibarı növbəti dəfə sarsıdıb. Sözsüz ki, Qarabağ müharibəsi isə Rusiya texnikasının müasir dünyadan nə dərəcədə geri qaldığı məsələsində nöqtə qoyub.
    Maraqlıdır ki, süni intellektin önəmini hələ 5 il öncə Rusiya Prezidenti Vladimir Putin özünəməxsus şəkildə vurğulayıb: “Süni intellekt təkcə Rusiyanın deyil, bütün bəşəriyyətin gələcəyidir. Bu gün proqnozlaşdırmaq çətin olan nəhəng imkanlar və təhlükələr var. Bu sahədə lider olan dünyanın hökmdarı olacaq”. Bundan əlavə, 2019-cu ildə Putin ordusunun pilotsuz aparatlar, xüsusilə zərbə PUA-larının potensialının artırılmasının vacibliyini bildirib. Bununla belə, ötən ilin aprel ayında Rusiyanın “Bayraktar”la maraqlanması barədə şayiələrin yayılması fonunda Moskva rəsmiləri bu iddiaları təkzib edib. Onların sözlərinə görə, Rusiya hazırda “Orion” pilotsuz uçuş aparatlarına sahib olduğu üçün Türkiyədən “Bayraktar” pilotsuz uçuş aparatlarının alınmasını nəzərdən keçirmir.



    Rusiyanın PUA potensialını hazırda Ukrayna ərazisində davam edən müharibədə hərtərəfli nümayiş edəcəyi, qarşı tərəfin hərbçilərini vahiməyə salacağı gözlənilsə də, bu baş vermədi. Rusiya bu müharibədə, demək olar, yalnız kəşfiyyat PUA-larından istifadə edir, zərbə PUA-larının tətbiqi isə epizodik xarakter daşıyır. Ekspertlər bunun dəqiq səbəbini müəyyənləşdirə bilməsə də, onlardan biri logistika problemi, yaxud, “Conversation” portalının bildirdiyi kimi, texnologiyaya güvənsizlik problemi ola bilər. Misal üçün, “Popular Mechanics” nəşrinin yazdığına görə, Rusiyaya aid “Kub” kamikadze dronun Ukrayna ərazisində istifadəsinə dair yalnız 2 dəlil mövcuddur. Buna baxmayaraq, Ukraynanın məhdud sayda sahib olduğu “Bayraktar”ların döyüş videoları saysızdır. Qeyd etmək lazımdır ki, müasir zərbə PUA-sı sadəcə döyüş meydanında deyil, informasiya müharibəsində də müstəsna rol oynayır. Belə ki, istər Azərbaycanın Qarabağ müharibəsində yayımladığı videokadrlar, istərsə də Ukraynanın Rusiya hərbçilərini zərərsizləşdirdiyi kadrlar qarşı tərəfin həm əsgərlərini, həm də ümumiyyətlə xalqını ruhdan salır. Hər halda “Google”da “Bayraktar” axtarışı verənlərin əksəriyyətinin erməni olması da təsadüfi deyil.



    Ümumiyyətlə, süni intellekt sayın, ölçünün önəm daşımadığını bizə nümayiş etdirib, eynilə Türkiyə, Azərbaycan və Ukraynanın etdiyi kimi. Dünyaca məşhur “Forbes” nəşri İkinci Qarabağ müharibəsində dronların tətbiqi haqqında bunları yazıb: “Azərbaycanın 21-ci əsrdə kiçik ölkələrin bərabərgüclü və ya daha güclü rəqiblər qarşısında qətiyyətlə üstünlük əldə etmək üçün bu cür inkişaf etmiş silah sistemlərindən istifadə edən bəlkə də ilk ölkə olduğunu qəti şəkildə müəyyənləşdirmək üçün bir neçə illik retrospektiv analiz tələb oluna bilər... Necə olur, olsun, yekunda keçən il Azərbaycan müasir müharibələrdə kiçik ölkələri qiymətləndirməməyin düzgün olmadığını açıq şəkildə nümayiş etdirdi”.



    Bütün bunlara baxmayaraq, Qərb erməni lobbilərinin əli ilə NATO üzvü olan Türkiyənin müasir hərbi texnologiyasının Qarabağda tətbiq olunmasına qarşı çıxıb və hava texnologiyası sahəsində sanksiya tətbiq etməyə başlayıb. Qlobal maraqları ermənilərin kiçik maraqlarına satan Qərb Türkiyənin regionda, xüsusilə Qərbin təhdid olaraq gördüyü Rusiyaya qarşı elan olunmamış cəbhələrdə ön sıralarda olmasının fərqində deyil. Misal üçün, Türkiyənin Azərbaycan və Ukraynaya müasir PUA silahlarını satması hər kəsə məlum olsa da, rəsmi Ankaranın bu baxımdan Mərkəzi Asiya siyasəti heç də çox işıqlandırılmır. Rusiyanın öndərlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına daxil olan Qazaxıstan və Qırğız Respublikası NATO üzvü Türkiyənin “Bayraktar”larını müttəfiqi olan Rusiyanın uçuş aparatlarından üstün tutaraq onlardan satın almağa başlayıb. Bundan başqa, Rusiya ilə bütün sahələrdə sıx tərəfdaşlıq münasibətləri olan Türkmənistan da Türkiyənin bu texnologiyasına sahibdir. Ümumiyyətlə, həmin ölkələrin hərbi sahədə Türkiyə ilə əməkdaşlığının ilbəil genişlənməsi Rusiyanı da narahat etməmiş deyil.

    Qərbin hərbi sahədə Türkiyəyə qarşı illərdir apardığı bu riyakar siyasəti nəticəsində Ukraynaya S-400-lərin verilməsi məsələsində rəsmi Ankara ilə uzlaşmaq mümkün olmayıb.

    Beləliklə, xüsusilə Azərbaycan, Liviya, Suriya, indisə Ukraynada pilotsuz uçuş aparatlarının simasında süni intellektdən istifadənin nə dərəcədə əhəmiyyətli olması məlum olub. Tank kimi ağır texnikaların dövrünü qüruba uğradan pilotsuz uçuş aparatları süni intellektin ölçü, say tanımadığı, ən böyük gücün zəka olduğunu nümayiş etdirib.

    Oxunub: 384
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      17-11-2025
      11:00 | Erməni diasporu və Moskva Paşinyana qarşı BİRLƏŞİR - Tomas de Vaal
      10:55 | MÜHARİBƏ BAŞLAYIR - Bu ölkədə PREZİDENTİN QAÇMASI müzakirə edilir /"Politico"
      10:45 | “Ukraynanın heç bir şansı yoxdur”-  “Kiyevə maliyyə dəstəyi vermək dəlilikdir”
      10:40 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      10:33 | Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
      10:30 | "HƏMAS" ABŞ-nin Qəzza ilə bağlı qətnaməsinə qarşı çıxıb - "Əl-Cəzirə"
      10:15 | TÜRKİYƏNİN ZƏRBƏSİ RUSİYANI SARSITDI - Putin dərhal Trampın "qapısını" döydü...
      10:10 | Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
      09:20 | "Quru qoşunlarını Venesuelada yerləşdirməyə hazırıq"- Pentaqon rəsmisi
      09:15 | ƏDV limiti artırılır, nağdsız ödənişlərə güzəşt verilir - VİDEO
      09:10 | Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
      16-11-2025
      18:25 | Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
      18:20 | İlham Əliyevin DAŞKƏNDDƏ ETDİYİ ÇIXIŞIN TAM MƏTNİ - FOTOLAR
      18:15 | Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
      18:10 | Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
      18:05 | İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
      18:01 | Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
      17:45 | LƏNƏTLƏNMİŞ MEŞƏ: Niyə BERMUD ÜÇBUCAĞI adlanır?
      17:40 | Türkiyədə baş verən aviaqəzalar - C-130 nə qədər can alıb?
      17:30 | Azərbaycanın məşhur gölündə “əməliyyat” başladı - Tehranın planı
      17:25 | Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
      17:18 | "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
      09:40 | MÜASİR CÜTLÜKLƏR NİYƏ DAHA TEZ AYRILIR? -  Alimlər 4 səbəbi müəyyən edib
      09:35 | Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
      09:33 | Gədəbəydə ata oğlunu qətlə yetirib - Araşdırma aparılır
      09:30 | ABŞ-dan "Lukoyl"la bağlı yeni qərar: Sanksiyaları daha 3 həftə təxirə salıb
      09:25 | Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
      01:00 | ABŞ RUS QAZINI Avropadan “ÇIXARMAĞA" ÇALIŞIR -  Maliyyə Nazirliyi treyderi xəbərdar edib
      00:57 | Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib -  YENİLƏNİB /VİDEO
      00:55 | Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
      00:50 | Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
      00:45 | Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
      00:40 | “DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
      00:33 | "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
      00:30 | Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
      00:25 | Ət bazarında BÖHRAN DƏRİNLƏŞİR:  Bahalaşma nə qədər davam edəcək? /Təhlil
      00:20 | Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
      00:17 | FDD: Azərbaycan İbrahim Sazişləri ilə əsas tərəfdaşa çevrilir
      00:15 | Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
      00:13 | Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
      00:10 | XİN başçılarının müzakirə etdiyi məsələlər açıqlanıb -  YENİLƏNİB
      00:00 | Ermənilər Moskvada ayağa qalxdı: Kilsəyə hücumlara qarşı etiraz
      15-11-2025
      20:00 | İlham Əliyev Beynəlxalq Mükafatın təqdimat mərasimində -  FOTO
      19:55 | Hitlerin yəhudi olmadığı təsdiqləndi - Yeni FAKTLAR
      19:50 | “AKKORD"un keçmiş sahibi İLQAR HACIYEV Baş Prokurorluğa ÇAĞIRILDI - Təqsirləndirilən şəxs qismində
      18:00 | Azərbaycan-Fransa oyununa böyük maraq -  Stadion tam dolu olacaq
      17:50 | Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
      17:10 | Həbsdə olan vəkillə bağlı qərar - “Gəncə şəhər Məhkəməsi əsassız qadağa qoydu"
      17:00 | Dünyanın ən ÖLDÜRÜCÜ SİLAHI: Atom və nüvə bombalarından nə ilə fərqlənir?
      16:00 | İlham Əliyev DAŞKƏNDDƏ Mirziyoyevlə təkbətək GÖRÜŞDÜ - FOTO /Yenilənib
      13:35 | Hər doğulan uşağa 1200 dollar -  Zelenski yeni qanun imzaladı
      13:30 | "İndiyə qədər dilimə içki dəyməyib"- 79 yaşlı Tramp
      13:20 | Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - təqsirləndirilən şəxs qismində
      13:15 | Leysan olacaq, şimşək çaxacaq, dolu düşəcək -  Xəbərdarlıq
      13:00 | Özünü təkzib edən HƏRDƏMXƏYAL NAZİR VƏ MÖVCUD ACINACAQLI DURUM...- Replika
      12:45 | "Real Madrid" daha bir türkiyəli ulduzu - Yıldızı transfer etmək istəyir
      12:35 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      12:30 | Ukraynada deputat mandatlarını 160 min dollara satan siyasətçi saxlanılıb
      12:20 | Vatsap bu gündən bəzi telefonlarda işləməyəcək -  SIYAHI
      12:15 | SƏFİRLIYİMİZƏ “PATRİOT”LA HÜCUM OLUB? -  Kreml təbliğatı yenə “iz azdırır”.../ŞƏRH
      12:00 | Tramp İranın ABŞ ilə nüvə sazişinə hazır olduğunu bildirib
      11:22 | DÇ-2026: IX turda daha 10 qarşılaşma keçiriləcək
      11:15 | Azərbaycanda 9 ay ərzində 77,7 min yeni iş yeri açılıb - Hansı regionda, nə qədər?- CƏDVƏL
      11:00 | Rusiyadan Bakıya maral buynuzu gətirmək istəyən şəxs tutuldu - cinayət işi açılıb
      10:45 | HİTLERİN ALİMLƏRİ ŞOKA SALAN SİRLƏRİ: Diktator NƏYİ GİZLƏDİB?
      10:30 | Gömrük postunda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb
      00:55 | “Wargonzo”nun təxribatçı jurnalisti Ermənistana buraxılmadı
      00:50 | Rusiyada ağır yol qəzasında ölənlərin sayı artıb
      00:45 | BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
      00:40 | YENƏ KİYEV, YENƏ AZƏRBAYCAN SƏFİRLİYİ...- Təsadüfdürmü? /FOTO
      00:35 | Asiya İnkişaf Bankının yeni prezidenti İlham Əliyevin QƏBULUNDA
      00:30 | Zəngəzur dəhlizi (TRİPP) hansı ərazilərdən keçəcək? -  DETALLAR
      00:25 | Dövlət agentliyi 1,3 milyon manata 15 mənzil alır
      00:20 | Həbsdəki keçmiş icra başçısının səhhəti pisləşdi -  Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib...
      00:15 | “ƏLİYEVLƏ RAZILIĞA GƏLDİK Kİ...”- Paşinyan o görüşün bəzi detallarını AÇIQLADI
      00:10 | İmamoğlu meşədə niyə qazıntı aparırmış?- Peyk görüntüləri yayıldı /VİDEO
      00:05 | Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar -  SİYAHI
      00:03 | Paşinyan Ermənistanda 10 yeni məscid TİKƏCƏK - İDDİA
      00:00 | Azərbaycan əhalisinin SAYI AÇIQLANDI - 49,8 faizi kişilər, 50,2 faizi qadınlar
      14-11-2025
      19:05 | Zelenski Azərbaycan Prezidentinə zəng edib - Səfirliyə növbəti raket zərbəsi...
      19:00 | "AZƏRSİLAH" holdinqin ZAVODUNDA QƏZA - Ehtiyatda olan mayor həlak olub /FOTO /Yenilənib
      18:45 | Azərbaycanda 10 ayda 2.6 tona yaxın qızıl istehsal edilib
      18:40 | Putin TŞ-nin müşavirəsini keçirib -  Lavrov müşavirəyə qatılmayıb
      18:30 | Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb - Təqsirləndirilən şəxs qismində
      18:25 | "Səfirliyin raket zərbəsinə məruz qalması qəbuledilməzdir" -  Prezident
      18:20 | AZƏRBAYCAN RUSİYAYA NOTA VERDİ -  Səfir nazirliyə çağırılıb
      18:16 | Altay Göyüşov Baş Prokurorluğa çağırılıb
      14:30 | Xankəndidə türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclası keçirilib -  FOTOLAR
      14:25 | Xərclərimizin yarısı ərzaq məhsullarına sərf olunub -  STATİSTİKA
      14:15 | Türkiyənin yeni prezidenti o olacaq - Sorğunun nəticəsi AÇIQLANDI
      14:00 | KƏND TƏSƏRRÜFATINDA HƏDƏFLƏRƏ NAİL OLUNMAYACAQ -  Hesablama Palatasından bədbin RƏY
      13:55 | "Şərurlu İsfəndiyar" MƏHKƏMƏDƏ: "Möhtərəm hakim, mən sizdən narazıyam..."
      13:46 | Cənubi Koreya və ABŞ birgə təhlükəsizlik memorandumu imzaladı
      13:40 | Xankəndidə mənzillər tikilib satışa çıxarılacaq
      13:15 | Şənbə günü bəzi rayonlara leysan yağacaq - Hava proqnozu
      13:00 | ТАК НАЗЫВАЕМЫЙ "ГЕНОЦИД АРМЯН": ИСТОРИЯ, ЦИФРЫ И МИФЫ
      12:20 | Azərbaycan -Türkiyə qardaşlığına qarşı təxribatlar -  “Rusiya və İran agenturası 4 istiqamətdə iş aparır”
      12:00 | Təyyarə qəzasında şəhid olan hərbçilərlə Ankarada vida mərasimi keçirilir
      11:55 | Novorossiysk və Saratov vuruldu - “S-400” və “Kalibr” anbarları da hücuma məruz qalıb
      11:50 | Dövlət sirrini yaymaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.