Bu ölkələrin FİFA-ya üzvlüyü dayandırıldı - YENİLƏNDİ

Pakistan, Zimbabve və Keniyanın FIFA-ya üzvlüyü dayandırılıb.
Müvafiq qərar ali futbol qurumunun Qətərin paytaxtı Dohada keçirilən 72-ci Konqresində qəbul olunub.
Daha əvvəl Rusiyanın da üzvlükdən kənarlaşdırması və ya dayandırılma məsələsinin səsverməyə çıxarılacağı ehtimal edilirdi. Lakin Konqresdə bu məsələ qaldırılmayıb.
Fevralın sonlarında FIFA və UEFA Rusiya klubları ilə yığmalarını Ukraynaya hərbi müdaxilə səbəbindən beynəlxalq yarışlardan müvəqqəti uzaqlaşdırıb. Rusiya Futbol İttifaqı (RFS) qərardan İdman Arbitraj Məhkəməsinə (CAS) apellyasiya verib. Məsələyə aprel-mayda baxılacağı gözlənilir.
xxx
09:41:00
Bu gün Qətərin paytaxtı Dohada FIFA-nın 72-ci Konqresi keçiriləcək.
İclasın gündəliyinə 12 məsələ daxil edilib. Onların böyük hissəsi protokol xarakteri daşıyır. Ən maraqlı bənd "Təşkilat üzvlüyünün dayandırılması və ya kənarlaşdırılma"dır.
Fevralın sonlarında FIFA və UEFA Rusiya klubları ilə yığmalarını Ukraynaya hərbi müdaxilə səbəbindən beynəlxalq yarışlardan müvəqqəti uzaqlaşdırıb. Rusiya Futbol İttifaqı (RFS) qərardan İdman Arbitraj Məhkəməsinə (CAS) apellyasiya verib. Məsələyə aprel-mayda baxılacağı gözlənilir.
Bugünkü FIFA Konqresində RFS-in ali futbol qurumundakı gələcək taleyinə aydınlıq gələcəyi də güman olunur. Lakin gündəlikdəki müvafiq bənd Zimbabve və Keniya milli assosiasiyalarına şamil edilə bilər. Onların üzvlüyü fəaliyyətlərinə kənar müdaxilələrlə əlaqədar iki ay əvvəl dayandırılıb.
Bununla yanaşı, Konqresdə FIFA-nın rəsmi dilləri sırasına rus dilinin də daxil edilməsinin mümkünlüyü bildirilir. Hazırda təşkilatın sənədləşmə və ünsiyyətlərində ingilis, ispan, fransız və alman dillərindən istifadə olunur. FIFA rəhbərliyinin bu siyahıya rus, portuqal və ərəb dillərini də əlavə edəcəyi gözlənilir.
Qeyd edək ki, FIFA Konqresində AFFA rəhbərliyi də təmsil olunacaq. (report)
Oxunub: 297
Xəbəri paylaş
Paylaş: