SON DƏQİQƏ: Azərbaycanda məktəb çökdü - ÖLƏNLƏR VAR
- FOTO (YENİLƏNDİ)
Naxçıvan Muxtar Respublikasının Babək rayonu Nehrəm qəsəbə 3 nömrəli tam orta məktəb binasının çökməsi nəticəsində şagird və müəllim kollektivi arasında çoxsaylı tələfatın, yaralıların olması ilə bağlı mediada yayılan xəbərlər tamamilə yanlışdır və heç bir əsası yoxdur.
Bu barədə Globall.az-a Təhsil Nazirliyindən bildirilib.
Aidiyyəti qurumlara istinadən bildiririk ki, həmin məktəbdə aparılan təmir-tikinti işləri ilə əlaqədar 1 mart 2022-ci il tarixindən məktəbin şagird kontingenti Nehrəm qəsəbə 1 nömrəli tam orta məktəbdə təhsillərini davam etdirirlər.
Qeyd olunan məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.
xxx
Bu gün Naxçıvan Muxtar Respublikasının Babək rayonunda təmirdə olan orta məktəb çöküb.
Globall.az publika.az-a istinadla xəbər verir ki, Nehrəm kəndində yerləşən 3 saylı tam orta məktəbdə təmir zamanı binanın bir hissəsi çöküb.
Nəticədə dağıntılar altında qalan 4 nəfər hadisə yerində vəfat edib, bir neçə nəfər isə xəsarət alıb.
Ölənlərdən 3-ü Nehrəm kənd sakini, digəri isə Babək rayonunun Keçməbasar kəndindən olan şəxsdir.
Hadisə yerinə yüksək vəzifəli dövlət nümayəndələri gəlib.
Xilasetmə tədbirləri davam etdirilir.