Rusiya ordusu yenidən hücuma keçəcək - NATO
NATO-nun Baş katibi Yens Stoltenberq Brüsseldə Ukraynadakı müharibə ilə bağlı jurnalistlərə açıqlama verib.Baş katib Rusiya qüvvələrinin geri çəkilmədiyini, əksinə yenidən qruplaşdığını bildirib. O, həmçinin NATO-nun Rusiyadan əlavə hücum əməliyyatları gözlədiyini söyləyib.
"Rusiya Ukraynanın şərqindəki Donbas bölgəsində hücumunu yenidən qruplaşdırmağa, gücləndirməyə çalışır",-deyə Yens Stoltenberq qeyd edib.
O əlavə edib ki, Rusiya digər şəhərlərə də təzyiqini davam etdirir. (modern.az)
Oxunub: 221
Xəbəri paylaş
Paylaş: