Rusiya və Ukrayna arasında əsir mübadiləsi oldu
Ukrayna və Rusiya arasında Zaporojye vilayətində əsirlərin mübadiləsi baş verib. 86 Ukrayna hərbçisi azad edilib.
Bu barədə Ukrayna prezidentinin aparat rəhbərinin müavini Kirill Timoşenko məlumat verib.
Timoşenkonun sözlərinə görə, 86 ukraynalı hərbçi Rusiya əsirliyindən azad edilib. Onların arasında 15 qadın var. O, həmçinin qeyd edib ki, azad edilmiş hərbçilər artıq təhlükəsiz yerdədirlər və hazırda onların həyatına heç bir təhlükə yoxdur.
Oxunub: 243
Xəbəri paylaş
Paylaş: