ÜST-dən yeni PANDEMİYA XƏBƏRDARLIĞI - 4 milyard insan TƏHLÜKƏDƏDİR

"Zika”, "Denq” və sarı qızdırma kimi arbovirusların sürətlə yayıla biləcəyini izah edən ÜST-ün Qlobal Yoluxucu Xəstəliklərə Hazırlıq Qrupunun direktoru Silvie Briand, həmçinin bu fikirləri əlavə edib: "COVID-19 pandemiyasının iki ilini geridə qoyduq və hazırlıqsızlığın bu cür xəstəliklərə necə təsir etdiyini gördük. Eyni zamanda, 2003-cü ildə Sars və 2009-cu ildə qrip epidemiyası ilə belə epidemiyaların mövcudluğundan agah olduq. Çox güman ki, növbəti pandemiya arboviruslardan olacaq. Risk artımının bəzi əlamətləri də var. "Zika” 2016-cı ildən bəri 89 müxtəlif ölkədə müşahidə olunub, sarı qızdırma isə 2000-ci illərin əvvəlindən artmaqdadır”.
Mütəxəssislər bildiriblər ki, sarı qızdırma və "Zika” epidemiyası ilə yanaşı, daha az tanınan "Çikunqunya” adlı xəstəlik də narahatlıq yaradır. (sfera.az)
Oxunub: 324
Xəbəri paylaş
Paylaş: