Türkiyənin Azərbaycandakı səfiri koronavirusa yoluxdu

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı koronavirusa yoluxub.
Globall.az xəbər verir ki, bu barədə səfir "Twitter" səhifəsində bildirib.
Səfirin sözlərinə görə, özü və həyat yoldaşının COVID-19 testi pozitiv çıxıb. C.Bağcı hazırda xəstəliyi ağır qrip şəklində keçirdiklərini qeyd edib:
"Çox şükür durumumuz yaxşıdır. Vəziyyətimizlə yaxından maraqlanan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramova və dərmanlarımızı göndərən Azərbaycan Səhiyyə Nazirliyinə təşəkkür edirik".
Oxunub: 306
Xəbəri paylaş
Paylaş: