Məşhur müğənni Orduya QOŞULDU - FOTO
Ukraynanın məşhur müğənnisi Maks Barskix Ukrayna Silahlı Qüvvələrinə qoşulub.Globall.az xəbər verir ki, bu barədə müğənni sosial şəbəkədəpaylaşıb.
Müğənni qeyd edib ki, iki həftəlik məşqdən sonra döyüş bölgəsinə yollanacaq: "Sabahdan təlimlər başlayır. Kim bunu əvvəldən təxmin edə bilərdi? Bir ay əvvəl əlimdə yalnız mikrofon tuturdum, amma indi hər şey dəyişir".
Qeyd edək ki, Barskix Rusiya ərazisində mahnılarını qadağan etdiyini və Rusiya şirkətləri ilə müqavilələri pozduğunu açıqlamışdı. Müğənni Rusiyadakı bütün konsertlərini də ləğv edərək, pərəstişkarlarına pul qaytarmayıb və onları xeyriyyə işlərinə göndərəcəyini vəd edib.


Oxunub: 401
Xəbəri paylaş
Paylaş:




















