Makron: “Buça qətliamı”ına görə sanksiyalar sərtləşdirilməlidir
Fransa Prezidenti Emmanuel Makron Ukraynanın Buça şəhərindəki vəziyyətdən sonra Rusiyanın Avropa İttifaqına kömür və neft ixracını “bu həftə” tamamilə əngəlləmək istədiyini bildirib.
Bu barədə CNN xəbər yayıb.
Onun sözlərinə görə, Buçada törədilmiş hərbi cinayətlərin çox aydın əlamətləri var və müəyyən edilib ki, onlara görə Rusiya ordusu cavabdehdir.
Makron bu həftə avropalı tərəfdaşları ilə Rusiyaya qarşı əlavə sanksiyaları müzakirə edəcəyini bildirib.
"Bu cinayətlərin arxasında duranlar cavab verməlidirlər",- o deyib.
"Biz kollektiv ləyaqətimizi və dəyərlərimizi qoruduğumuzu açıq şəkildə bildirməliyik. Ədalət olmadan sülh də olmaz”.
Makron qeyd edib ki, Fransa Buça hadisələrinin araşdırılmasında Ukraynaya kömək etməyə hazırdır.
Qeyd edək ki, Ukraynanın Buça şəhərində öldürülən mülki şəxslərin videogörüntüsü və foroları dünya ictimaiyyətində qəzəb doğurub.
Rusiya Müdafiə Nazirliyi iddia edib ki, Buçada törədilən cinayətlər guya, Ukrayna qüvvələri tərəfindən həyata keçirilib. (modern.az)