Rus hərbi karvanı Belarus üzərindən Moskvaya qayıdır

Belarusda Rusiya hərbi texnikasının böyük karvanı görüntülənib. Karvan Minskdən Moskva istiqamətində hərəkət edib.
Globall.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
Məlumatda qeyd olunur ki, saat 7:00 radələrində Belarusun Borisov şəhəri ərazisində 100-dən çox Rusiya hərbi texnikasından ibarət kolon müşahidə edilib. Avadanlıqlara "Ural" və "KamAZ", "UAZ Patriot", "KUNG"lər, yanacaq daşıyan maşınlar və PAZ avtobusları daxildir.
Oxunub: 291
Xəbəri paylaş
Paylaş: