Ötən gün güclü külək Bakıda 9 nəfəri xəstəxanalıq etdi
Ötən gün Bakıda hava şəraiti ilə əlaqədar küləyin törətdiyi fəsad nəticəsində 9 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Globall.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Bildirilib ki, yaralananlar Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları tərəfindən xəstəxanalara çatdırılıblar: "Onlara TƏBİB-in tabeliyindəki tibb müəssisələrində zəruri ambulator tibbi yardım göstərilib. Artıq, xəsarət alanların hər biri evə buraxılıb. Qeyd edək ki, xəsarət alanlardan 8-i qadın, biri isə 16 yaşlı oğlan uşağı olub".
Oxunub: 331
Xəbəri paylaş
Paylaş: