Məşhur polis rəisi HƏBS EDİLDİ - Ermənilərlə birgə iş tutubmuş

9 il axtarışda olan Anapa (Krım) cinayət axtarış şöbəsinin keçmiş rəhbəri İqor Nexayenko saxlanılıb. 2013-cü ildə o, cinayətkar qruplaşma ilə əlaqədə şübhəli bilindiyindən barəsində həbs qərarı çıxarılıb.
Globall.az milli.az-a istinadla xəbər verir ki, Nexayenko Zirinov quldur dəstəsinin üzvü olub.
Dəstənin bütün üzvləri, o cümlədən lider biznesi ələ keçirmək məqsədilə quldurluqda və sahibkarları öldürməkdə təqsirli bilinib. Mütəşəkkil cinayətkar dəstənin tərkibində Zirinovun tanışları - Knarik Aslanyan, Eduard Paladyan, Amar Suloyev, Anastas Tilgerov, Dmitri Sapojnikov, Andrey Miroşnikov və başqaları da olub.
Oxunub: 221
Xəbəri paylaş
Paylaş: