Ödəniş terminallarında əlavə xidmət haqqı kommunal xərcləri artıra bilərmi?
Məsələn, “Azər-Türk Bank” ASC bəyan edib ki, bundan sonra ödəniş terminalları ilə həyata keçirilən bütün əməliyyatlara görə 1% xidmət haqqı tutulacaq.
"Report" məsələ ilə bağlı ödəniş terminallarının sahibləri olan şirkətlərlə də əlaqə saxlayıb. "E-manat"ın məxsus olduğu “Modenis” MMC-dən bildirilib ki, əlavə xidmət haqqı tərəfdaşlarla qarşılıqlı razılaşma əsasında tətbiq edilib. "Milliön"ün məxsus olduğu "Comtec" MMC-dən isə məsələyə münasibət bildirən olmayıb.