Dünyada koronavirusa yoluxanların sayı 2,5 milyona çatır
Dünyada koronavirusa yoluxanların sayı 2,5 milyon nəfərə çatır, pandemiya qurbanlarının sayı isə 170 min nəfəri ötüb.
Bu barədə Con Hopkins Universiteti məlumat yayıb.
Qeyd edilir ki, bunlarla yanaşı, COVID-19-a yoluxmuş 645 min insan sağalıb.
Son statistikaya görə, dünyada koronavirusa yoluxanların ümumi sayı 2 473 209 nəfərdir. Pandemiya nəticəsində artıq 170 042 nəfər dünyasını dəyişib.
Oxunub: 380
Xəbəri paylaş
Paylaş: