Əsgərin döyülməsi ilə bağlı araşdırma aparılır - VİDEO

“Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının N saylı hərbi hissəsində bir hərbi qulluqçunun digərinə zor tətbiq etməsini əks etdirən videogörüntülərlə bağlı Bakı Hərbi Prokurorluğunda araşdırma aparılır”.
Bu barədə Globall.az-a Hərbi Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
"Qanunvericiliyin tələblərinə müvafiq bütün zəruri tədbirlərin görülməsi, o cümlədən fakta hüquqi qiymət verilməsi təmin ediləcək", - məlumatda qeyd olunub.
Qeyd edək ki, Daxili Qoşunların hərbi hissələrindən birində əsgərin döyülməsi ilə bağlı ötən gün videogörüntülər yayılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov görüntülərin ötən il qeydə alındığını bildirib.
Oxunub: 297
Xəbəri paylaş
Paylaş:




















