Əsədlə görüşdən sonra kritik gəlişmə -
Nazirlər təcili toplanır
Türkiyə, Rusiya və İranın Xarici İşlər nazirləri aprelin 22-də Suriya ilə bağlı danışıqlar aparacaq.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bu formatda danışıqlar ilk dəfə onlayn rejimdə keçiriləcək.
Bundan əvvəl İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Suriya Prezidenti Bəşər Əsədlə görüşündə Suriya konstitusiya komitəsi və İdlib əyalətindəki vəziyyətlə bağlı üç ölkə arasında danışıqların yaxın vaxtlarda baş tutacağını açıqlamışdı.
Oxunub: 262
Xəbəri paylaş
Paylaş: