Ukrayna və Rusiyanın 43 günlük İTKİLƏRİ
Ukrayna və Rusiyanın müharibədəki itkiləri açıqlanıb. Hər iki tərəf hərbi əməliyyatlar zamanı verilən itkilərlə bağlı gündəlik statistikanı təqdim edib.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib ki, indiyədək Rusiyanın 18 900-ə yaxın hərbçisi zərərsizləşdirilib.
“Rusiyanın 698 ədəd tankı, 1891 ədəd zirehli döyüş maşını, 332 ədəd artilleriya sistemi, 108 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 55 hava hücumundan müdafiə sistemi, 150 ədəd hərbi təyyarəsi, 135 ədəd helikopteri, 1358 ədəd nəqliyyat vasitəsi, 7 ədəd gəmi/kater, 76 ədəd yanacaq çəni, 111 ədəd dronu, 25 ədəd xüsusi texnikası və 4 operativ-taktiki raket kompleksi məhv edilib”,- bugünkü məlumatda deyilir.
Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov isə bildirib ki, ötən gecə Ukraynanın 29 hərbi obyekti məhv edilib.
"Rusiya Hava Kosmik Qüvvələrinin operativ-taktiki aviasiyası Ukraynanın 29 hərbi obyektini vurub. Onların arasında iki komanda məntəqəsi, Kuraxovo vilayətində hədəflərin işıqlandırılması və S-300 zenit-raket kompleksinin yönləndirilməsi üçün radar, yeddi artilleriya batareyası, raket və artilleriya silahları və sursatları anbarı, həmçinin 10 dayaq məntəqəsi və Ukrayna Silahlı Qüvvələrinin hərbi texnikasının cəmləşdiyi ərazilər var”,- general vurğulayıb.
Xatırladaq ki, Rusiya-Ukrayna müharibəsi fevralın 24-də başlayıb. (modern.az)