Pakistandakı siyasi böhran dərinləşir -
Xanın qərarı LƏĞV EDİLDİ
Globalla.az Teleqraf.com-a istinadən xəbər verir ki, bundan sonra Pakistan Konstitusiya Məhkəməsi parlamentin Xana qarşı etimadsızlıq səsverməsini rədd etdiyinə dair qərarı ləğv edib və parlamentin yenidən qurulmasına və şənbə günü parlamentdə sözügedən etimadsızlıq səsverməsinin keçirilməsinə qərar verib.
Məhkəmə yekdilliklə qərarı qəbul edib.
Məhkəmədən verilən açıqlamada baş nazirin 03.04.2022-ci il tarixdə parlamentin buraxılması ilə bağlı prezidentə təqdim etdiyi tövsiyənin konstitusiyaya zidd olduğu və hüquqi qüvvəyə malik olmadığı bildirilib və heç bir halda parlamentin buraxıla bilməyəcəyi bildirilib.
Pakistan Müsəlman Liqası-Nəvaz (PML-N) lideri Şahbaz Şərif hökmdən sonra verdiyi açıqlamada məhkəmənin xalqın gözləntilərini doğrultduğunu deyib.
Pakistan Xalq Partiyasının (PPP) həmsədri Bilaval Bhutto Zərdari Konstitusiya Məhkəməsinin qərarının demokratiya və konstitusiyanın qələbəsi olduğunu söyləyib.
Məhkəmənin qərarından sonra müxalifət partiyalarının tərəfdarları bir çox şəhərlərdə küçələrə çıxaraq bunu atəşfəşanlıqla qeyd ediblər.