Rusiyaya qarşı yeni sanksiyalar paketi təsdiqləndi
Avropa İttifaqı (Aİ) Ukraynada gedən müharibə ilə əlaqədar Rusiyaya qarşı beşinci sanksiyalar paketini qəbul edib.
Globall.az xəbər verir ki, sənəd Avropa İttifaqının saytında dərc olunub.
Yeni sanksiyalara Rusiyadan bütün növ kömürün idxalına qadağa da daxildir ki, bu da hesablamalara görə, bütün Rusiya kömür ixracının təxminən 25%-nə təsir edəcək və ölkəyə ildə təxminən 8 milyard avro itki verəcək.
Bundan əlavə, 4 "ən böyük Rusiya bankı"nın əməliyyatlarına və aktivlərinin dondurulmasına tam qadağa qoyulub;
Rusiyaya kriptovalyuta sahəsində xidmətlərin göstərilməsi və varlı ruslar üçün trestlər üzrə məsləhətlərin verilməsi qadağan edilib.
Həmçinin, Avropa İttifaqı ərazisində işləyən Rusiya və Belarus yük vaqon operatorlarının fəaliyyəti tamamilə bloklanıb. İstisna yalnız zəruri ehtiyaclar, humanitar yardımlar və enerji təchizatı üçün olacaq.
Qabaqcıl yarımkeçiricilərə, həssas avadanlıqlara, nəqliyyat vasitələrinə və kimyəvi maddələrə, o cümlədən neft emalı sənayesində istifadə olunan katalizatorlara, reaktiv yanacaq və yanacaq əlavələrinə 10 milyard avroluq ixrac qadağası qoyulub.
Rusiyadan Aİ-yə sement, rezin məmulatları, taxta-şalban, spirt, yüksək keyfiyyətli dəniz məhsulları idxalına qadağa qoyulub və Belarusdan kalium idxalına qarşı mübarizə tədbirləri uzadılıb.
Yeni məhdudiyyətlərə Rusiya şirkətlərinin Aİ-də dövlət müqavilələrində iştirakdan kənarlaşdırılması da daxildir; Avropa İttifaqına üzv dövlətlərin proqramları çərçivəsində Rusiya dövlət şirkətlərinə və Rusiya Federasiyasının nəzarətində olan şirkətlərə maliyyə və qeyri-maliyyə dəstəyini məhdudlaşdırılıb.
Aİ-nin bütün rəsmi valyutalarının əskinaslarının ixracı və köçürülə bilən qiymətli kağızların satışı qadağandır.
Aİ-də sanksiyalar siyahısına Rusiyadan daha 217 fiziki və 18 hüquqi şəxs, o cümlədən qondarma “DXR” və “LPR” səlahiyyətlilərindən 179 nəfər daxil edib.
Avropa Komissiyası sanksiyalar, o cümlədən neft idxalı ilə bağlı əlavə təkliflər üzərində işləyir.
Aİ beynəlxalq tərəfdaşlarla, o cümlədən əlavə siyasi, maliyyə və humanitar yardım vasitəsilə Ukraynanı və onun xalqını dəstəkləməyə davam edəcək. (modern.az)