Rusiya Müdafiə Nazirliyi vağzala hücumu inkar edir
“Kiyev nümayəndələrinin Rusiya tərəfindən aprelin 8-də Kramatorsk şəhərindəki dəmir yolu vağzalına raket hücumu ilə bağlı bəyanatları təxribatdır”.
Bu barədə Rusiya Müdafiə Nazirliyi bəyanat yayıb.
“Rusiya Silahlı Qüvvələrinin aprelin 8-də Kramatorsk şəhərində hər hansı atəş tapşırığı olmayıb və planlaşdırılmayıb. “Toçka-U” taktiki raketlərindən yalnız Ukrayna hərbçiləri istifadə edir”,- Rusiya tərəfi iddia irəli sürüb.
Qeyd edək ki, bu gün Kramatorsk şəhərindəki dəmir yolu vağzalına raket hücumu olub. Hadisə nəticəsində 35 nəfər ölüb, 100-dən çox mülki vətəndaş yaralanıb.
Oxunub: 308
Xəbəri paylaş
Paylaş: