Britaniya Ukraynaya 130 milyon dollarlıq silah göndərir
Britaniya Ukraynaya 130 milyon dollar dəyərində müasir silah və hərbi texnika göndərəcək.
Globall.az xəbər verir ki, bu barədə Britaniyanın Baş naziri Boris Conson Almaniya kansleri ilə birgə mətbuat konfransında məlumat verib.
Yeni paketə müasir silahlar, eyni zamanda "Starstreak" zenit raketləri, 800 tank əleyhinə raket və döyüş sursatları daxildir.
Bunlardan başqa, Ukrayna ordusuna zirehli gödəkçələr, dəbilqələr və gecəgörmə eynəkləri veriləcək.
Oxunub: 333
Xəbəri paylaş
Paylaş: