Bu müəllimlərin də işə qəbul imtahanını DİM keçirəcək
Uşaq musiqi və incəsənət məktəblərinə müəllimlərin işə qəbulu imtahanının test mərhələsi Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçiriləcək.
Globall.az DİM-in yaydığı məlumata istinadən xəbər verir ki, bu barədə DİM-də uşaq musiqi və incəsənət məktəblərinin direktorları ilə görüş zamanı məlumat verilib.
Görüşdə növbəti tədris ilində uşaq musiqi və incəsənət məktəblərinin tələbələri üçün monitorinq imtahanının keçirilməsi planları haqqında danışılıb.
Oxunub: 309
Xəbəri paylaş
Paylaş: