“Şamaxı” ilə oyuna gedən “Neftçi” azarkeşləri qəzaya düşdü
Bu gün Azərbaycan Premyer Liqasının XXII turunda “Şamaxı” “Neftçi” ilə qarşılaşıb.
Gloaball.az modern.az-a istinadla xəbər verir ki, hadisə qarşılaşmadan öncə yaşanıb.
Görüşü izləməyə gedən “Neftçi” azarkeşləri qəza törədiblər. Hadisə nəticəsində avtomobillər yararsız vəziyyətə düşsə də, xəsarət alan olmayıb. Şəhər polisi əraziyə gələrək müvafiq tədbirlər görüb.
Qeyd edək ki, saat 14:00-da start götürən qarşılaşma qonaq komandanın 1:2 hesablı qələbəsi ilə başa çatıb.
Oxunub: 263
Xəbəri paylaş
Paylaş: