Türkiyədə hərbçilərin olduğu avtomobil qəzaya uğradı,
ölən və yaralananlar var - FOTO
Türkiyədə hərbçiləri daşıyan avtomobil qəzaya uğrayıb.
Globall.az repot-a istinadla xəbər verir ki, hadisə Adanada baş verib. Hərbçilərin olduğu avtomobilin digər nəqliyyat vasitəsilə toqquşması nəticəsində 2 hərbçi həlak olub, daha 3 nəfər yaralanıb.
Yaralılar Kozan Dövlət Xəstəxanasına çatdırılıb. Qeyd edilir ki, onlardan birinin vəziyyəti ağırdır.
İlkin məlumata görə, qəzaya minik maşınının işıqforun qırmızı işığında yolu keçməsi səbəb olub. Nəticədə avtomobil hərbçilərin olduğu nəqliyyat vasitəsilə toqquşub.
Oxunub: 293
Xəbəri paylaş
Paylaş: