Ukraynadan Bakıya deportasiya edilən Elvin İsayev müraciət yaydı – FOTO
Ukrayna miqrasiya qanunvericiliyinin tələblərini pozduğuna görə 12 dekabr 2019-cu il tarixdə Azərbaycana deportasiya olunmuş və barəsində Nəsimi rayon məhkəməsinin 22 avqust 2019-cu il tarixli qərarı əsasında həbs qətimkan tədbiri seçilmiş Elvin İsayev vəkili vasitəsilə müraciət yayıb.Müraciətində E.İsayev istintaq təcridxanasında ona hər hansı təzyiq olmadığını bildirib və ictimaiyyəti həbsini siyasiləşdirməməyə çağırıb.
“Hamıya deyirəm ki, mən Rusiyada elədiklərimin cinayət olduğunu anlamışam, elə buna görə də tutulmuşam. Mənim özümün vəkilim var. Vəkilim məni lazımi qədər müdafiə eləyir. Özüm də özümü müdafiə eləyirəm. Öz elədiklərimə özüm cavab verərəm. Mənə qarşı qanunsuz hərəkətlər və ya təzyiqlər olmayıb. Heç nəyə məcbur eləyən və incidən yoxdur.
Hamıya müraciət edirəm ki, mənim işimə heç kim qarışmasın, mənim adımdan danışmasın. Heç kim mənim işimi, əməlimi siyasiləşdirməsin. Xahiş edirəm, bu müraciətim hamıya çatdırılsın. Müraciətimi vəkilim Gülarə İlyasovanın vasitəsi ilə yayıram”.

Oxunub: 484
Xəbəri paylaş
Paylaş:




















