Ukraynanın S-300 raketlərini məhv etdik –
Konaşenkov
Rusiya ordusu Nikolayev və Xarkovda Ukraynanın S-300 hava hücumundan müdafiə komplekslərini məhv edib.
Bunu Rusiya Müdafiə Nazirliyinin rəsmisi, general-mayor İqor Konaşenkov deyib.
“Yüksək dəqiqlikli raketlərlə Nikolayev vilayətinin Staroboqdanovka yaşayış məntəqəsi və Xarkov vilayətinin Çuquyev aerodromunda Ukraynanın S-300 zenit raket komplekslərinin buraxılış qurğuları məhv edilib”, - Konaşenkov bildirib./axar.az
Oxunub: 273
Xəbəri paylaş
Paylaş: