NATO müharibə ilə bağlı yeni plan açıqladı -
"Avropanın təhlükəsizliyi üçün..."
NATO Rusiyanın Ukraynada başlatdığı müharibə ilə əlaqədar “fundamental transformasiya” elan edib.
Planı NATO-nun baş katibi Yens Stoltenberq açıqlayıb. Onun sözlərinə görə, NATO şərq sərhədlərində tammiqyaslı qüvvələrin yerləşdirilməsi planları hazırlayır.
Stoltenberqin sözlərinə görə, NATO yeni reallığa, Avropanın təhlükəsizliyi üçün yeniliyə hazırlaşır.
“The Sunday Telegraph” yazır ki, hərbi komandirlər bu cür hazırlıqlar üçün lazım olan sıfırlama variantlarını təqdim edəcəklər. NATO-nun regionda hansı qruplaşmasına dair yekun qərar iyunda alyansın Madriddə keçiriləcək sammitində veriləcək.
Xatırladaq ki, martın 24-də Stoltenberq NATO-nun şərqdəki hərbi mövcudluğunu artırmaq planlarını açıqlayıb. O, raketdən müdafiə, hava hücumundan müdafiə və kibermüdafiə sistemlərini gücləndirməyi və alyansın dörd yeni döyüş qrupunu Bolqarıstan, Slovakiya, Rumıniya və Macarıstanda yaratmağı vəd edib.
Globall.az