Azərbaycanda koronavirusa yoluxma sayı açıqlandı - Ölüm halı qeydə alınmayıb
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 21 yeni yoluxma faktı qeydə alınıb, 39 nəfər müalicə olunaraq sağalıb.
İndiyədək ölkədə ümumilikdə 792 237 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 332 nəfər müalicə olunaraq sağalıb, 9 703 nəfər vəfat edib. 202 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 453, bu günə qədər isə ümumilikdə 6 743 461 test icra olunub.

Oxunub: 229
Xəbəri paylaş
Paylaş: