Fransada prezident SEÇKİLƏRİ: Makron və Le Pen ikinci tura keçdi
Fransanın hazırkı Prezidenti Emmanuel Makron və ultra sağçı "Milli Birlik" partiyasının lideri Marin Le Pen prezident seçkilərinin ikinci turuna keçiblər.
Globall.az Trend-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin saytında bildirilib.
Səsvermə bülletenlərinin 89 faizinin hesablanmasından sonra birinci turda E.Makron 27,4 faiz, Marin Le Pen 24,8 faiz, "İtaətsiz Fransa" partiyasının lideri Jan-Lyuk Melenşon 20,8 faiz səs toplayıb.
Qeyd edək ki, Fransada prezident seçkilərinin ikinci turu aprelin 24-də keçiriləcək.
Fransada 5-ci Respublikanın (1958) tarixində ikinci, son 40 ildə isə birinci dəfə dövlət başçısı ikinci turda müəyyənləşir.
Oxunub: 247
Xəbəri paylaş
Paylaş: