Çempionlar Liqasında oyunların yeni təqvimi müəyyənləşdi
UEFA-nın koronavirus səbəbindən yarımçıq dayandırılan Çempionlar Liqasının oyunları ilə bağlı planlaşdırdığı yeni təqvimi müəyyənləşib.
Open.az xəbər verir ki, bu barədə İtaliyanın "Corriere dello Sport" nəşri məlumat yayıb. Bildirilib ki, 1/8 final mərhələsinin qalan 4 oyunu 7-8 avqustda keçirildikdən dərhal sonra 1/4 finalın püşkü atılacaq.
11 - 15 avqust 1/4 final, 18 - 22 avqust yarımfinal və 29 avqustun final görüşü keçiriləcək.
ÇL-də 1/8 finalın qalan matçları
"Yuventus" (İtaliya) - "Lion" (Fransa)
"Mançester Siti" (İngiltərə) - "Real" (Madrid, İspaniya)
"Barselona" (İspaniya) - "Napoli" (İtaliya)
"Bavariya" (Almaniya) - "Çelsi" (İngiltərə)
ÇL-də 1/4 finala yüksələn komandalar
PSJ (Fransa)
"Atalanta" (İtaliya)
"Atletiko" (Madrid, İspaniya)
"Leyptsiq" (Almaniya)