Çeçenlər Donetskdə DARMADAĞIN EDİLDİ - FOTOLAR

Ukrayna hərbçiləri Donetsk vilayətində yaşayış məntəqələrinə hücum edən Rusiya Silahlı Qüvvələrinə məxsus batalyon taktiki qrupunun bir hissəsini məhv edib.
Globall.az modern.az-a istinadla xəbər verir ki, Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının məlumatına görə, həmin batalyon taktiki qrupu komandir və qərargah rəisi ilə birlikdə BMP-3-dən atəş açarkən məhv edilib.
"Həmin maşında olanlardan yalnız çavuş Maqomedov sağ qalıb. Əsgərlərimiz onu yanmış, az qala ölmüş vəziyyətdə tapıblar", - məlumatda deyilir.
Qeyd edilir ki, məhv edilmiş bölmənin tərkibində Suriyanın dinc əhalisinə qarşı törədilmiş qırğınların çoxlu iştirakçıları var.
Məlumata görə, məhv edilən hərbi bölmənin dislokasiya yeri Çeçenistandakı Şali şəhəridir.

Oxunub: 310
Xəbəri paylaş
Paylaş: