Karantini pozan daha 1818 sürücü cərimələndi
Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 20.04.2020-ci il saat 00:00-dan 21.04.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1818 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.
Bu barədə Globall.az-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Məlumatda o da bildirilib ki, 01.04.2020-ci il tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə ümumilikdə 33334 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.
Oxunub: 414
Xəbəri paylaş
Paylaş: