Kreml Bill Klintona CAVAB VERDİ
Kreml ABŞ-ın keçmiş Prezidenti Billi Klintonun Rusiyaya NATO-ya üzv olmağı təklif etməsi ilə bağlı fikirlərinə münasibət bildirib.
Globall.az report-a istinadən bildirir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bununla bağlı sualı cavablandırıb.
O deyib ki, ABŞ rəsmiləri dəfələrlə Rusiyanın NATO-ya üzvlüyünün mümkün olmadığını açıqlayıblar.
D.Peskov vurğulayıb ki, Finlandiya və İsveçin NATO-ya üzvlüyü Avropaya əlavə təhlükəsizlik gətirməyəcək.
Qeyd edək ki, ABŞ-ın 42-ci Prezidenti Bill Klinton (1993- 2001-ci illər) Rusiyanın keçmiş Prezidenti Boris Yeltseni və hazırkı dövlət başçısı Vladimir Putinə bir neçə dəfə Alyansa üzv olmağı təklif etdiyini bildirib.
Oxunub: 258
Xəbəri paylaş
Paylaş: