ABŞ bütün ölkələri Rusiyadan silah almamağa çağırdı
ABŞ bütün ölkələri Rusiyadan silah almamağa çağırıb.
Globall.az modern.az-a istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken ABŞ və Hindistan arasında keçirilən ikitərəflərin yekunları üzrə çıxışında deyib.
Onun sözlərinə görə, Rusiyadan S-400 sistemlərinin alınmasına görə Hindistana qarşı mümkün sanksiyalarla bağlı qərar hələ verilməyib.
"Biz bütün ölkələri Rusiyanın silah sistemlərini əldə etmək üçün böyük yeni sövdələşmələrdən çəkinməyə çağırırıq", - deyə E.Blinken bildirib.
Oxunub: 228
Xəbəri paylaş
Paylaş: