26 milyon insan evə HƏBS EDİLDİ: ACLIQ BAŞLADI - VİDEO

Çində koronavirus səbəbilə tətbiq edilən sərt karantin tədbirləri Şanxayda ciddi problemlərə yol açıb.
Globall.az milli.az-a istinadən xəbər verir ki, 26 milyon insanın yaşadığı şəhərdə aclıq problemi yaşanır. Ərzaq qıtlığının yaşandığı şəhərdə sakinlər pəncərələrdən qışqıraraq, ərzaq tələb edir.
İddialara görə, Şanxayda sakinlər gündə yalnız bir dəfə qidalana bilir.
Şəhərdə gündəlik yoluxma sayı 24 mini ötüb. Buna görə də, hökumət sərt karantin tədbirlərinə əl atıb.
Oxunub: 200
Xəbəri paylaş
Paylaş: