Polşada casusluq edən rus agent ƏLƏ KEÇİRİLDİ
Casusluqda şübhəli bilinərək həbs edilən rusiyalı agenti 10 ilə qədər həbs gözləyir.
Bu barədə DW Polşa Prokurorluğuna istinadla məlumat yayıb.
Rusiyalı Qdanskda hərbi jandarm əməkdaşları tərəfindən saxlanılıb. Məhkəmə onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçib.
Polşa Hərbi Əks-Kəşfiyyat Xidmətinin məlumatına görə, rusiyalı hərbi hissələr, onların texnikası və şəxsi heyətin vəziyyəti haqqında məlumat toplayıb.
Xatırladaq ki, martın 23-də Polşa Rusiya səfirliyin 45 diplomatını və Polşadakı Rusiya ticarət missiyasının nümayəndələrini persona non-qrata elən edib. Polşa tərəfi bu qərarı diplomatik münasibətlər haqqında Vyana Konvensiyasına zidd olan diplomatların fəaliyyəti ilə əsaslandırıb.
Diplomatlar beş gün ərzində Polşanı tərk etməli idilər.