Ekstrasens müharibə ilə bağlı PROQNOZ VERDİ:
Ukrayna QALİBDİR
“Ekstrasenslər döyüşü”nün iştirakçısı Sergey Kobzar Rusiya-Ukrayna müharibəsi haqda danışıb.
Sergey Kobzar Ukraynanın artıq martın əvvəlində müharibədə qalib gəldiyini bəyan edib.
Ekstrasens xarici telekanallardan birinə şərhində bildirib ki, qələbə Ukraynanı bir neçə mərhələdə izləyəcək.
"Bu axmaq səslənə bilər, amma Ukrayna müharibədə qalib gəlib... Bu, martın əvvəlindən hər kəsə aydındır".
Sergey Kobzar deyir ki, Rusiya-Ukrayna müharibəsilə bağlı bir neçə razılaşma olacaq. Bunlardan biri apreldə olacaq, yayın ortalarında qədər daha bir neçə razılaşma imzalanacaq.
“Mən artıq hər kəsə demişəm ki, may bayramlarında kabab qızardaq!” - Kobzar əminliklə deyib.
Bundan əvvəl məşhur astroloq Anna Karpeeva Ukraynadakı müharibə ilə bağlı proqnoz vermişdi. Onun sözlərinə görə, may ayında dünya səhnəsində nəsə baş verəcək. İyun isə asan olacaq - qadınlar ərlərini görəcəklər.