Birinci siniflərə və bağçalara qəbul vaxtı MƏLUM OLDU
“İyul ayında məktəbəqədər təhsil müəssisələrinə qəbul başlayacaq".
Globall.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev "Təhsil masasında" məlumat verib.
O qeyd edib ki, bu məsələdə dəyişiklik yoxdur: "Birinci sinfə qəbulla bağlı son hazırlıq işləri görülür. Valideynlər Təhsil Nazirliyinin bununla bağlı elanını görəcəklər".
Xatırladaq ki, bu il ilk dəfə olaraq bağçalara qəbul elektron qaydada həyata keçiriləcək. (modern.az)
Oxunub: 222
Xəbəri paylaş
Paylaş: