“Putinin adamı”nın və arvadının əmlakına HƏBS QOYULDU -
SİYAHI
Ukraynada saxlanılan rusiyayönümlü deputat, “Putinin adamı” kimi tanınmış Viktor Medvedçukun və onun həyat yoldaşı Oksana Marçenkonun 154 daşınar və daşınmaz əmlakı üzərinə həbs qoyulub.
Globall.az Modern.az- istinadən xəbər verir ki, bu barədə Dövlət İstintaq Bürosunun mətbuat xidmətindən bildirilib.
Viktor Medvedçukun üzərinə həbs qoyulan əmlakı arasında 26 avtomobil, 30 torpaq sahəsi, 23 ev, 32 mənzil, 17 parkinq yeri və bir motorlu yaxta da var. Həmçinin, Viktor Medvedçuk və həyat yoldaşının 25 şirkətin nizamnamə kapitalındakı payları da həbs edilib.
Bundan əvvəl Dövlət İstintaq Bürosunun müstəntiqləri və Baş Prokurorluğun prokurorları artıq məhkəmə yolu ilə Medvedçukun yaxtasına və digər daşınmaz əmlakına həbs qoymuşdular.
Viktor Medvedçuk dövlət sirlərini ehtiva edən məlumatları Rusiya Federasiyasının xüsusi xidmət orqanlarına ötürməkdə (2020-ci ildə siyasətçinin Ukrayna ordusunun məxfi bölməsi haqqında məlumatı o zaman Rusiyada olan Kozaka təhvil verdiyi iddia olunur) və Ukrayna əleyhinə fəaliyyətdə ( Rusiyada işləyən ukraynalılar vasitəsilə “təsir infrastrukturu” yaratmaq niyyətində) şübhəli bilinir.
Rusiyanın Ukraynaya hücumu zamanı Viktor Medvedçuk ev dustaqlığında olmalı idi, lakin yoxa çıxmışdı.
Aprelin 12-də prezident Zelenski Medvedçukun Ukrayna Silahlı Qüvvələrinin geyimində və əli qandallı şəklini dərc edib.
Ukrayna prezidenti Vladimir Zelenski saxlanılan siyasətçinin rusların əsirliyində olan Ukrayna hərbçiləri ilə dəyişdirilməsini təklif edib.
Kreml açıq şəkildə Viktor Medvedçuku rədd edir və onu rəsmi olaraq Moskvaya aparmaq niyyətində deyil. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, qaçaq siyasətçi Rusiya vətəndaşı deyil, xarici siyasi xadimdir və Kreml Medvedçukun ukraynalı məhbuslarla dəyişdirilmək istədiyinə əmin deyil.