Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
“DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
YENİ İCRA BAŞÇILARI PREZİDENTİN QƏBULUNDA -  Tapşırıqlar VERİLDİ /FOTOLAR
Zakir Qaralova məxsus 20-DƏN ÇOX ŞİRKƏTİN KÜLLİ MİQDARDA VERGİ BORCU YARANIB
Press-fakt.az
    
  • Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - 
    Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
  • 
  • Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
    Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
  • 
  • Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
    Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
  • 
  • Sənədsiz evlər problemi yenə gündəmdə -
    Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
  • 
  • Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
    Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
  • 
  • Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
    Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
  • 
  • Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
    Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
  • 
  • İsrailin müdafiə naziri Kats:
    İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
  • 
  • Orbandan sensasion iddia:
    Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
  • 
  • Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
    Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
  • 
  • "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -
    "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
  • 
  • "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
    Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
  • 
  • Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
    Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
  • 
  • Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb -
    Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
  • 
  • Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
    Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
  • 
  • Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ -
    Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
  • 
  • "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"-
    "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
  • 
  • Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub -
    Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
  • 
  • Rusiya hipersəs raketləri ilə zərbə endirdi
    Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
  • 
  • Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
    Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
  • 
  • Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır -
    Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • Bu gün Brüsseldə Əliyev və Paşinyan arasında görüş olacaq
  • Azərbaycan XİN Əliyevlə Paşinyanın görüşəcəyini təsdiqlədi: "Dekabrın 15-də Brüsseldə..."
  • “Əliyevlə Soçi və Brüsseldəki görüşlər bir-birilə ziddiyyət təşkil etmir” - Paşinyan
  • Paşinyan Bakının güzəştə getməsini istəyir - Qarabağ erməniləri 5 gün ərzində ...
  • XİN Brüssel görüşü ilə bağlı BƏYANAT YAYDI
  • Xankəndinə qayıdış TEZLƏŞİR - Bakıdan gələn mesaj Arayiki qorxuya saldı

    • Tarix: 14-04-2022, 14:18


    Brüssel görüşünün ardından Prezident İlham Əliyevin iki gün əvvəl ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə çıxışı zamanı Ermənistanla Azərbaycan arasında Avropa İttifaqının vasitəçiliyi ilə baş tutan bu təmas nəticəsində iki dövlət başçıları arasında gəlinən nəticələr barədə etdiyi açıqlamalar görünür İrəvanda çox diqqətlə izlənilib. Elə bu səbəbdən də ötən gün Paşinyan ölkə parlamentində hökümətin növbəti iclası zamanı daxili auditoriya və müxalif qüvvələr üçün bir çox məqamları "aydınlaşdırmağın" vacibliyini hiss edib. 

    Erməni baş nazirin burada səsləndirdiyi bəzi fikirlər bir-birilə tamamilə təzad təşkil edir. Belə anlaşılır ki, Paşinyan Brüssel görüşünün əsl nəticələrini ört-basdır etmək üçün daxili auditoriyaya "nağıl" danışmaqdan başqa yolu olmadığı fikrindədir. Çünki erməni baş nazirin ən çox güvəndiyi Qərbin dəstəyini ikinci Brüssel raundunda da almadığını elə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin yekun bəyanatında da açıq aydın hiss edildi.



    Bu bəyanatın ardı olaraq qeyd etdiyim kimi İlham Əliyev ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirə zamanı daha geniş aydınlıq gətirdi: "Həm ekspertlər, həm Azərbaycan ictimaiyyəti gördülər ki, yekun kommunikedə "Dağlıq Qarabağ" adı yoxdur, bu da təbiidir. Çünki Azərbaycan buna etiraz etmişdir və "münaqişə" sözü də yoxdur. Bu da təbiidir, çünki münaqişə yoxdur. Münaqişə həll olunub. İndi isə Avropa İttifaqı Azərbaycan-Ermənistan əlaqələrinin normallaşması ilə məşğuldur və son aprel görüşündə - 6 aprel tarixində keçirilmiş görüşdə bu məsələlər müzakirə edilmişdir. Bildiyiniz kimi, Azərbaycan iki ölkə arasındakı əlaqələri normallaşdırmaq üçün 5 prinsipdən ibarət təklif vermişdir və Ermənistan tərəfi də bu təklifə müsbət yanaşmışdır və Brüssel görüşünə qədər artıq bu açıqlamalar verilmişdir. Brüssel görüşündə isə mən bunu özüm üçün, sadəcə olaraq, daha da yəni, aydınlaşdırmaq istəyirdim və aydınlaşdırdım ki, Ermənistan 5 prinsipi qəbul edir. Beləliklə, Azərbaycanın ərazi bütövlüyü qəbul edilir və Ermənistan Azərbaycana ərazi iddiasından əl çəkir".

    Bu bəyanatların ardından erməni baş nazir ölkəsinin parlamentində gah bildirdi ki, "Ermənistan və Azərbaycan tezliklə sülh sazişi bağlamalıdır. Əgər biz Azərbaycanla sülh bağlamasaq, o zaman yeni müharibə başlayacaq və beynəlxalq ictimaiyyət bizə kömək etməyəcək. 2020-ci ildəki səhvləri təkrarlamağa hazır deyiləm", gah da "status" məsələsini "hüquq və təhlükəsizliyin təminatı" termini ilə əvəzləyir. 



    Brüssel danışıqlarından sonra Paşinyanın da açıqlamalarından belə anlaşıldı ki, İlham Əliyevin qeyd etdiyi kimi İrəvan Azərbaycanın ərazi bütövlüyünün tanınması və ərazi iddialarından əl çəkməsini nəzərdə tutan baza prinsiplərini qəbul etdi. Lakin İrəvan "hüquqi məsələ" adı ilə Qarabağa iddiasından tam əl çəkmək fikirndə olmadığını göstərir. 

    Paşinyan bu addımı iki səbəbdən ata bilər:

    I. Qərbə götürdüyü öhdəliyə əməl etdiyini göstərmək üçün edilə bilər.
    II. Daxildəki müxalif qüvvələrə, erməni cəmiyyətinə yolundan dönmədiyini nümayiş etdirmək məqsədi güdür. Çünki anlayır ki, sülh sazişi Ermənistanın Qarabağdan imtinası demək olacaq ki, bu da erməni cəmiyyətində və diasporda ciddi reaksiya doğura bilər. Paşinyan bu bəyanatla özünü sığortalamağa çalışır.



    Amma təbii ki, Paşinyanın Avropada Azərbaycan lideri ilə baş tutan görüşdə İlham Əliyevdən yekun mesajı aldığı bəzi fikirlərindən açıq sezilir. Erməni baş nazir "Azərbaycanın ərazi bütövlüyünün tanınmasını nəzərdə tutan sülh sazişinin imzalanmaması ölkənin regionda siyasi-iqtisadi gələcəyini təhlükəyə atır", - deməklə "sülh sazişi bağlamasaq, müharibə qaçılmaz olacaq. Bu isə bizim başımız üçün deyil. Azərbaycan Qərbdən də artıq lazımı dəstəyi, razılığı alıb" mesajını cəmiyyətə ötürməyə çalışmaqla regiondakı yeni geosiyasi reallığı qəbul etməkdən başqa seçimlərinin onlar üçün faciə ilə nəticələnəcəyini izah etməyə çalışdı.

    Deyilənlərin təsdiqi kimi Paşinyanın parlamentdə hökümət nümayəndələri önündə etdiyi növbəti açıqlamaya diqqət yetirək: "Özümüz də inana bilmirdik ki, 30 illik məhrumiyyətdən sonra əvəzində heç nə almadan hər şeyi təslim etməli olduq. Bu gün beynəlxalq ictimaiyyət bizə açıq şəkildə bildirir ki, dünyada Azərbaycanın ərazi bütövlüyünü tanımayan yeganə ölkə bizik, həm də bu, Ermənistan üçün böyük təhlükədir". Göründüyü kimi erməni baş nazir 44 günlük müharibədən bu yana üçtərəfli bəyanatlarda üzərinə götürdüyü öhdəlikləri icra etməmək üçün atdığı manipulyativ addımlarla qazandığı zamanı Brüssel görüşündən dərhal sonra artıq nəzərə çarpacaq dərəcədə böyük sürətlə xərcləməyə başlayıb. Bu, bir daha son görüşün Azərbaycan nöqteyi nəzərdən nə qədər faydalı keçdiyindən xəbər verən növbəti faktdır.



    İlham Əliyevin müşavirədə səsləndirdiyi fikirlərin Ermənistanda çox diqqətlə izlənildiyi sübut edən növbəti bəyanat isə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan tərəfindən gəldi. Dövlət başçısının müşavirədə toxunduğu məsələlərdən biri də ATƏT-in Minsk Qrupunun "fəaliyyəti" və "gələcəyi" məsələsi oldu. Prezident haqlı olaraq qeyd etdi ki, "Biz bu münaqişəni özümüz həll etdik. Minsk qrupu İkinci Qarabağ müharibəsinə qədər 28 il fəaliyyətdə idi və həmsədr ölkələr bu illər ərzində Azərbaycana, Ermənistana bəlkə də yüzlərlə səfər etmişlər. Nəticə də göz qabağındadır, nəticə sıfır". 

    Mirzoyan Azərbaycan Prezidentinin sözlərinə cavab olaraq bildiribib ki, ATƏT-in Minsk Qrupunun formatı hələ də qüvvədədir və Qarabağın həllini bu formatda görür: "Heç kim bu formatı ləğv etməyib, lakin həmsədr ölkələr arasında məlum səbəblərdən yaranan fikir ayrılıqlarına görə indi birgə müzakirələr mümkün deyil". Amma Minsk Qrupu ilə bağlı məsələyə son nöqtə elə Qərbin siyasət paytaxtında qoyuldu. Belə anlaşıldı ki, Bakı yoluna Brüssel ilə davam edəcək. Təbii ki, Mirzoyanın da bu reaksiyası heç şübhəsiz ki, Paşinyanın məsələ yanaşmasından zərrə qədər də olsun fərqlənmir. Ermənistan XİN rəhbəri bununla daxildə və xaricdəki məlum qüvvələrin özlərinə olacaq təzyiqlərini azaltmaq, "günah keçisi" olmadıqlarını göstərmək məqsədilə belə bəyanatlar səsləndirmək məcburiyyətini hiss etdiyi fikrindəyəm.



    İlham Əliyevin bu sözlərini nəyinki Azərbaycanın, eləcə də Qərbin ATƏT-in Minsk Qrupu ilə bağlı yekun qərarı kimi də qiymətləndirmək olar. Çünki Aİ də verdiyi bəyanatda "Dağlı Qarabağ", "status", "Artsax" kimi terminləri konteksdən çıxarmaqla göstərdi ki, hazırda Dağlıq Qarabağ adlı ərazi vahidi olmadığı kimi, bu adda bir münaqişə də daha mövcud deyil. O da anlaşıldı ki, indən belə iki ölkə arasındakı mövcud problemləri heç bir halda ATƏT-in Minsk Qrupu həll etmək iqtidarında deyil. Çünki problem həll edən olsaydı, elə 30 il ərzində "Ermənistan Azərbaycan Dağlıq Qarabağ" münaqişəsini həll edib bir yana çıxarardı. Cəzasızlıq, arxayınlıq Ermənistana növbəti ərazi iddialarına düşməsinə səbəb oldu ki, nəticədədə 44 günlük Vətən müharibəsi qaçılmaz oldu və Azərbaycan özü öz talryini həll etdi. İndən belə rəsmi Bakı taleyini nəyinki ATƏT-in Minsk Qrupunun, heç bir beynəlxalq təşkilatın ümidinə buraxmaq fikrində deyil.
    Azərbaycan Prezidentinin ən diqqət çəkən bəyanatlarından biri isə Xankəndində baş verən son proseslərlə bağlı oldu. Bir həftə orada yaranan istilik probleminə görə Azərbaycana edilən müraciətləri xatırladan dövlət başçısının bu açıqlamasına Qərbin ikili standartlardan çıxışına diqqət yönəldilsə də bir məsələ ilə bağlı da verilən çox əhəmiyyətli mesaj diqqətdən yayınmadı. 



    İlham Əliyev sülhməramlı kontingentin müvəqqəti nəzarət zonasında yaşayan erməni əhaliyə ünvanladığı "Bir həftə Xankəndidə qaz olmayanda adam qalmayıb ki, bizə zəng etməsin - Amerikadan tutmuş Avropaya qədər. Biz indi qazı bərpa etmişik və ermənilər bunu qiymətləndirməlidirlər. Biz, sadəcə olaraq, xoş niyyət göstərmişik. İstəməsəydik, bərpa etməzdik. Kim bizə söz deyə bilər? (Çünki naxçıvanlılar 1990-cı ildən 2005-ci ilə qədər qazsız yaşamışlar. Ermənistan rəhbərliyi, Ermənistan dövləti Naxçıvanın qazla təmini məsələsini mane olduğu üçün 15 il sonra - 2005-ci ildə İranla razılaşma əsasında İrandan Naxçıvana qaz çəkildi və Astaradan İran Astarasına qaz xəttinin əsası qoyuldu. İndiyə kimi də svop əməliyyatları keçiririk. O vaxtdan bu günə qədər Naxçıvan qazla belə təmin edilir, İrandan qaz alır - red) Biz borclu idik onu bərpa etməyə? Yox! Bərpa etdik, ümid edirik, onlar da anlayacaq ki, Azərbaycan vətəndaşlarıdır və onlar Azərbaycan bayrağı altında yaşamalıdırlar və yaşayacaqlar. Bunu nə qədər tez başa düşsələr, onlar üçün o qədər yaxşı olacaq. Ona görə etmişik, humanizm göstərmişik" mesajından belə anlaşılır ki, rəsmi Bakının tez bir zamanda əsas hədəfi məhz Xankəndinin və sülhməramlıların fəaliyyət göstərdiyi digər ərazilərimizin tez bir zamanda Azərbaycanın yuridiksiyasına verilməsi, həmin ərazilərdə Azərbaycan bayrağının dalğalanması məsələsidir. Bununla bağlı Azərbaycan lideri çox aydın şəkildə Qarabağın erməni əhalisinə müraciət edərək rəsmi Bakının jestinə cavab olaraq kütləvi şəkildə vətyəndaşlığı qəbul etməyə dəvət etdi. Ölkə başçısı bununla da Azərbaycanın erməni əhalisinə "Əgər vətəndaşlığımızı qəbul etsəniz istənilən probleminizi qısa zamanda, yüksək səviyyədə həll edərik. Çünki deyure siz bizim vətəndaşlarımızsınız, sizi digər vətəndaşlarımızdan ayırmırıq" mesajı ünvanlayıb. 



    Prezidentin bu çıxışından isə ən çox narahat olan şəxsin kimliyinə də artıq aydınlıq gəlib. Separatçı-terrorçu rejim "rəhbəri" Araik Arutyunyanın tələm-tələsik "Azərbaycanın "DQR" statusu ilə bağlı təklifləri qəbuledilməzdir. Biz başa düşürük ki, qonşuluqda yaşamalıyıq, lakin tabeçilik mümkün deyil, sadəcə olaraq qəbuledilməzdir" deyə açıqlama yayması rəsmi Bakının hədəfinə çatması üçün çox az zaman qaldığından xəbər verir. Görünür, artıq terrorçu rejim Xankəndində, Xocalıda azərbaycanlıların ayaq səslərini eşitməyə başlayıblar. Arutyunyan da məhz ondan narahatdır ki, Xankəndi və ermənilərin yaşadığı digər ərazilərin Azərbaycanın tabeçiliyinə qayıtması ilə onun nəyinki Qarabağdakı ömrü, eləcə azadlıqdakı ömrü də bitəcək.

    Dövlət başçısının son çıxışında səsləndirdiyi "Bildirməliyəm ki, müharibədən sonra Türkiyə və İsrail şirkətləri ilə yeni, böyük kontraktlar imzalandı. Bəzi kontraktların icrası başlanmışdır, bəzi kontraktların icrası başa çatmışdır, bəzilərinin isə icrası davam edir", "Müharibədən sonra Müdafiə Nazirliyində struktur islahatları aparılmışdır, struktur dəyişikliyi edilmişdir və bu, ordumuzu daha da gücləndirəcək, daha da müasirləşdirəcək. Müharibədən sonra yaradılan yeni qoşun növü - Komando əminəm ki, hazırda istənilən vəzifəni icra edə bilər. Minlərlə tam hazırlıqlı döyüşçü artıq hazırlanıb və hazırlanacaq", "Öz hesabımıza yaşayan ölkə kimi bundan sonra ordu quruculuğuna, bir daha demək istəyirəm, nə qədər pul lazımdırsa, o qədər də ayıracağıq" fikirlərdən anlaşıldı ki, Azərbaycanın bundan sonra ən etibar edəcəyi yer onun Ordusudur. Bunun üçün indən belə Ordunun daha da gücləndirilməsi istiqamətində bütün lazımı addımlar atılacaq. Çünki geridə qalan 30 ilin yekununda məlum oldu ki, Azərbaycanın ərazi bütövlüyünün, onun sabitliyinin qorunması, regionda azad, firavan yaşaması üçün hansısa beynəlxalq təşkilata arxalanmaq yox, ordusuna kürəyinə söykəmək lazımdır. 

    Təhməz Əsədov

    Oxunub: 249
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      17-11-2025
      11:00 | Erməni diasporu və Moskva Paşinyana qarşı BİRLƏŞİR - Tomas de Vaal
      10:55 | MÜHARİBƏ BAŞLAYIR - Bu ölkədə PREZİDENTİN QAÇMASI müzakirə edilir /"Politico"
      10:45 | “Ukraynanın heç bir şansı yoxdur”-  “Kiyevə maliyyə dəstəyi vermək dəlilikdir”
      10:40 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      10:33 | Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
      10:30 | "HƏMAS" ABŞ-nin Qəzza ilə bağlı qətnaməsinə qarşı çıxıb - "Əl-Cəzirə"
      10:15 | TÜRKİYƏNİN ZƏRBƏSİ RUSİYANI SARSITDI - Putin dərhal Trampın "qapısını" döydü...
      10:10 | Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
      09:20 | "Quru qoşunlarını Venesuelada yerləşdirməyə hazırıq"- Pentaqon rəsmisi
      09:15 | ƏDV limiti artırılır, nağdsız ödənişlərə güzəşt verilir - VİDEO
      09:10 | Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
      16-11-2025
      18:25 | Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
      18:20 | İlham Əliyevin DAŞKƏNDDƏ ETDİYİ ÇIXIŞIN TAM MƏTNİ - FOTOLAR
      18:15 | Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
      18:10 | Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
      18:05 | İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
      18:01 | Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
      17:45 | LƏNƏTLƏNMİŞ MEŞƏ: Niyə BERMUD ÜÇBUCAĞI adlanır?
      17:40 | Türkiyədə baş verən aviaqəzalar - C-130 nə qədər can alıb?
      17:30 | Azərbaycanın məşhur gölündə “əməliyyat” başladı - Tehranın planı
      17:25 | Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
      17:18 | "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
      09:40 | MÜASİR CÜTLÜKLƏR NİYƏ DAHA TEZ AYRILIR? -  Alimlər 4 səbəbi müəyyən edib
      09:35 | Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
      09:33 | Gədəbəydə ata oğlunu qətlə yetirib - Araşdırma aparılır
      09:30 | ABŞ-dan "Lukoyl"la bağlı yeni qərar: Sanksiyaları daha 3 həftə təxirə salıb
      09:25 | Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
      01:00 | ABŞ RUS QAZINI Avropadan “ÇIXARMAĞA" ÇALIŞIR -  Maliyyə Nazirliyi treyderi xəbərdar edib
      00:57 | Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib -  YENİLƏNİB /VİDEO
      00:55 | Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
      00:50 | Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
      00:45 | Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
      00:40 | “DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
      00:33 | "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
      00:30 | Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
      00:25 | Ət bazarında BÖHRAN DƏRİNLƏŞİR:  Bahalaşma nə qədər davam edəcək? /Təhlil
      00:20 | Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
      00:17 | FDD: Azərbaycan İbrahim Sazişləri ilə əsas tərəfdaşa çevrilir
      00:15 | Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
      00:13 | Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
      00:10 | XİN başçılarının müzakirə etdiyi məsələlər açıqlanıb -  YENİLƏNİB
      00:00 | Ermənilər Moskvada ayağa qalxdı: Kilsəyə hücumlara qarşı etiraz
      15-11-2025
      20:00 | İlham Əliyev Beynəlxalq Mükafatın təqdimat mərasimində -  FOTO
      19:55 | Hitlerin yəhudi olmadığı təsdiqləndi - Yeni FAKTLAR
      19:50 | “AKKORD"un keçmiş sahibi İLQAR HACIYEV Baş Prokurorluğa ÇAĞIRILDI - Təqsirləndirilən şəxs qismində
      18:00 | Azərbaycan-Fransa oyununa böyük maraq -  Stadion tam dolu olacaq
      17:50 | Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
      17:10 | Həbsdə olan vəkillə bağlı qərar - “Gəncə şəhər Məhkəməsi əsassız qadağa qoydu"
      17:00 | Dünyanın ən ÖLDÜRÜCÜ SİLAHI: Atom və nüvə bombalarından nə ilə fərqlənir?
      16:00 | İlham Əliyev DAŞKƏNDDƏ Mirziyoyevlə təkbətək GÖRÜŞDÜ - FOTO /Yenilənib
      13:35 | Hər doğulan uşağa 1200 dollar -  Zelenski yeni qanun imzaladı
      13:30 | "İndiyə qədər dilimə içki dəyməyib"- 79 yaşlı Tramp
      13:20 | Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - təqsirləndirilən şəxs qismində
      13:15 | Leysan olacaq, şimşək çaxacaq, dolu düşəcək -  Xəbərdarlıq
      13:00 | Özünü təkzib edən HƏRDƏMXƏYAL NAZİR VƏ MÖVCUD ACINACAQLI DURUM...- Replika
      12:45 | "Real Madrid" daha bir türkiyəli ulduzu - Yıldızı transfer etmək istəyir
      12:35 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      12:30 | Ukraynada deputat mandatlarını 160 min dollara satan siyasətçi saxlanılıb
      12:20 | Vatsap bu gündən bəzi telefonlarda işləməyəcək -  SIYAHI
      12:15 | SƏFİRLIYİMİZƏ “PATRİOT”LA HÜCUM OLUB? -  Kreml təbliğatı yenə “iz azdırır”.../ŞƏRH
      12:00 | Tramp İranın ABŞ ilə nüvə sazişinə hazır olduğunu bildirib
      11:22 | DÇ-2026: IX turda daha 10 qarşılaşma keçiriləcək
      11:15 | Azərbaycanda 9 ay ərzində 77,7 min yeni iş yeri açılıb - Hansı regionda, nə qədər?- CƏDVƏL
      11:00 | Rusiyadan Bakıya maral buynuzu gətirmək istəyən şəxs tutuldu - cinayət işi açılıb
      10:45 | HİTLERİN ALİMLƏRİ ŞOKA SALAN SİRLƏRİ: Diktator NƏYİ GİZLƏDİB?
      10:30 | Gömrük postunda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb
      00:55 | “Wargonzo”nun təxribatçı jurnalisti Ermənistana buraxılmadı
      00:50 | Rusiyada ağır yol qəzasında ölənlərin sayı artıb
      00:45 | BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
      00:40 | YENƏ KİYEV, YENƏ AZƏRBAYCAN SƏFİRLİYİ...- Təsadüfdürmü? /FOTO
      00:35 | Asiya İnkişaf Bankının yeni prezidenti İlham Əliyevin QƏBULUNDA
      00:30 | Zəngəzur dəhlizi (TRİPP) hansı ərazilərdən keçəcək? -  DETALLAR
      00:25 | Dövlət agentliyi 1,3 milyon manata 15 mənzil alır
      00:20 | Həbsdəki keçmiş icra başçısının səhhəti pisləşdi -  Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib...
      00:15 | “ƏLİYEVLƏ RAZILIĞA GƏLDİK Kİ...”- Paşinyan o görüşün bəzi detallarını AÇIQLADI
      00:10 | İmamoğlu meşədə niyə qazıntı aparırmış?- Peyk görüntüləri yayıldı /VİDEO
      00:05 | Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar -  SİYAHI
      00:03 | Paşinyan Ermənistanda 10 yeni məscid TİKƏCƏK - İDDİA
      00:00 | Azərbaycan əhalisinin SAYI AÇIQLANDI - 49,8 faizi kişilər, 50,2 faizi qadınlar
      14-11-2025
      19:05 | Zelenski Azərbaycan Prezidentinə zəng edib - Səfirliyə növbəti raket zərbəsi...
      19:00 | "AZƏRSİLAH" holdinqin ZAVODUNDA QƏZA - Ehtiyatda olan mayor həlak olub /FOTO /Yenilənib
      18:45 | Azərbaycanda 10 ayda 2.6 tona yaxın qızıl istehsal edilib
      18:40 | Putin TŞ-nin müşavirəsini keçirib -  Lavrov müşavirəyə qatılmayıb
      18:30 | Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb - Təqsirləndirilən şəxs qismində
      18:25 | "Səfirliyin raket zərbəsinə məruz qalması qəbuledilməzdir" -  Prezident
      18:20 | AZƏRBAYCAN RUSİYAYA NOTA VERDİ -  Səfir nazirliyə çağırılıb
      18:16 | Altay Göyüşov Baş Prokurorluğa çağırılıb
      14:30 | Xankəndidə türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclası keçirilib -  FOTOLAR
      14:25 | Xərclərimizin yarısı ərzaq məhsullarına sərf olunub -  STATİSTİKA
      14:15 | Türkiyənin yeni prezidenti o olacaq - Sorğunun nəticəsi AÇIQLANDI
      14:00 | KƏND TƏSƏRRÜFATINDA HƏDƏFLƏRƏ NAİL OLUNMAYACAQ -  Hesablama Palatasından bədbin RƏY
      13:55 | "Şərurlu İsfəndiyar" MƏHKƏMƏDƏ: "Möhtərəm hakim, mən sizdən narazıyam..."
      13:46 | Cənubi Koreya və ABŞ birgə təhlükəsizlik memorandumu imzaladı
      13:40 | Xankəndidə mənzillər tikilib satışa çıxarılacaq
      13:15 | Şənbə günü bəzi rayonlara leysan yağacaq - Hava proqnozu
      13:00 | ТАК НАЗЫВАЕМЫЙ "ГЕНОЦИД АРМЯН": ИСТОРИЯ, ЦИФРЫ И МИФЫ
      12:20 | Azərbaycan -Türkiyə qardaşlığına qarşı təxribatlar -  “Rusiya və İran agenturası 4 istiqamətdə iş aparır”
      12:00 | Təyyarə qəzasında şəhid olan hərbçilərlə Ankarada vida mərasimi keçirilir
      11:55 | Novorossiysk və Saratov vuruldu - “S-400” və “Kalibr” anbarları da hücuma məruz qalıb
      11:50 | Dövlət sirrini yaymaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.