“Ermənistan xalqını “qurbanlıq qoyun” statusundan çıxarmaq lazımdır”
- Paşinyan
“Ermənistan xalqını “qurbanlıq qoyun” statusundan çıxarmaq lazımdır”.
Globall.az modern.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağ ətrafındakı vəziyyətlə bağlı danışarkən deyib
"Bu gün bizə deyirlər ki, Qarabağı təslim etmişik və ya vermək istəyirik. Əgər Qarabağı təslim etmək istəsək, Serj Sarkisyanın danışıqlarının məntiqini davam etdirərdik. Beləliklə, Qarabağı təslim edərdik", - Paşinyan bildirib.
Onun sözlərinə görə, Qarabağda referendum keçirilməliydisə, o zaman bu, tərəflərin razılaşdırdığı müddətdə baş tutmalıydı. Amm artıq Azərbaycan tərəfi bəyan edib ki, azərbaycanlıların Qarabağa qayıtmasından sonra yaxın 50 il ərzində referendum keçirilməyəcək.
Paşinyan qeyd edib ki, Qarabağda əsas müharibə Şuşu uğrunda aparılıb.
“Ermənistan hakimiyyəti müharibəni dayandırmağa çalışmadığına görə tənqid edilir, lakin bu, belə deyil. Şuşa olmadan müharibəni dayandırmaq və ya qarşısını almaq mümkün deyildi. Mən bu barədə dəfələrlə danışmışam", - Paşinyan bildirib.
Baş nazirin sözlərinə görə, erməni hərbçiləri Qarabağı təslim etməmək üçün döyüşüblər.
Dünənki çıxışı ilə bağlı o, bəyan edib ki, ölkə hakimiyyəti Ermənistan və Qarabağa dövlətçiliyi qoruyub saxlamaq üçün yol açır.
“İfadəmə görə üzr istəyirəm, amma biz xalqın "qurbanlıq qoyun" statusundan çıxması üçün yol açırıq. Müharibədə olub-olmamağı biz seçmirdik, biz heç nəyi həll etmirdik. Bu gün Ermənistanın müstəqil ölkə olduğunu və qərar vermək haqqının ölkəmizə qayıtmasına çalışdığımızı deyirəm”, - Paşinyan vurğulayıb.