Zaxarova erməni deputatların Qarabağa buraxılmamasından
DANIŞDI
Erməni deputatların Qarabağa səfəri sülhməramlılarla razılaşdırılmayıb.
Globall.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
"Rusiya sülhməramlı kontingenti ciddi şəkildə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixli Bəyanatının müddəalarına uyğun hərəkət edir. Bu səfər əvvəllər sülhməramlı komandanlığı ilə razılaşdırılmayıb. Rusiya Federasiyası hesab edir ki, sülhməramlıların 9 noyabr 2020-ci il tarixli bəyanatın müddəalarına zidd olduğu iddia edilən hərəkətləri haqqında deyilənlər reallığa uyğun gəlmir. Rusiya tərəfi həm sülhməramlıların məsuliyyət zonasında, həm də Ermənistan-Azərbaycan sərhədinin müəyyən hissələrində baş vermiş insidentləri nəzərə alaraq, hər iki tərəfin regionda vəziyyəti gərginləşdirə biləcək addımlardan çəkinəcəyini gözləyir",- XİN rəsmisi bildirib.
Qeyd edək ki, aprelin 12-də müxalifətin “Hayastan” və “Mənim şərəfim var” fraksiyaları qanunverici orqanın növbəti plenar iclasını boykot edəcəklərini bəyan ediblər və Qarabağa səfər etmək istəyiblər. Amma rus sülhməramlıları onları Qarabağa buraxmayıb. (modern.az)