Dünyada koronavirusa yoluxanların sayı 500 milyonu keçdi

Dünyada koronavirusa yoluxanların sayı 500 milyonu keçib.
Globall.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gündəlik hesabatında deyilir.
Məlumata əsasən, hazırkı dövrədək koronavirusa 500 186 525 nəfər yoluxub. Onlardan 6 190 349 nəfəri vəfat edib.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.
Oxunub: 163
Xəbəri paylaş
Paylaş: