Təhsil krediti faizlərinin azaldılması
TƏKLİF OLUNDU
"Təhsil kreditlərinin verilməsi yüksək dəyərləndirilməli haldır. Amma bu məsələdə kommersiya məqsədi güdmək olmaz".
Globall.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli deyib:
"Kreditlərə qoyulan 6 faiz dərəcə tətbiq edilir. Beləliklə, tələbə krediti qaytaranda ikiqat xərcə düşə bilər. Hesab edirəm ki, bu sosial layihədir və kommersiya məqsədi daşımamalıdır. Ona görə faiz dərəcələrinin 6 faizdən 3 faizə endirilməsini təklif edirəm. Həmçinin, adında torpaq sahəsi olan ailələrin üzvü olan tələbələrə kredit verilmir. Bu şərtin aradan qaldırılması lazımdır. 300 baldan çox toplayan tələbələrə kredit ayrılır. Bu limiti də ləğv etmək vacibdir". (modern.az)
Oxunub: 273
Xəbəri paylaş
Paylaş: